Mərkəzi Bank "üzən məzənnə"dən imtina edəcək - Manat görün hansı qiymətdə sabitləşə bilər!

Mərkəzi Bank
Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il dekabrın 21-dən tətbiq etdiyi "üzən məzənnə" rejimindən imtina edəcəyi gözlənilir. 

"Report"un analitik qrupu hesab edir ki, AMB-nin fevralın 24-dən etibarən manatı ucuzlaşdırmağa başlaması valyuta siyasətində dəyişiklik etməsi ilə izah oluna bilər. Belə ki, fevralın 24-də dolların rəsmi məzənnəsi 1,5593 AZN/USD olduğu halda, AMB sonrakı gün hərraca çıxardığı valyuta kütləsini 100 mln. dollardan 30 mln. dollara qədər azaldıb. Əvvəlki günlərdə isə hətta hərraca 200 mln. dollar çıxarıldığı da müşahidə olunub. 

Qeyd edək ki, fevralın 24-də "Brent" markalı neftin qiyməti 33 dollar/barel təşkil edib. Bu gün isə "Brent" nefti 40 dollar/barelə satılır ki, bu da fevralın 24-nə nisbətən 21% çoxdur. Məhz fevralın 24-dən etibarən AMB-nin məzənnə siyasətini dəyişdirməsindən sonra daxili bazarda dollara tələbat artıb və bəzi günlərdə hərraca təklif olunan məbləği bir neçə dəfə üstələyib. Hazırda AMB yeni valyuta siyasətini davam etdirir və bu gün də hərraca Dövlət Neft Fondu AMB vasitəsilə 50 mln. dollar çıxarıb. Bugünkü hərracda tələbatın təklifdən bir neçə dəfə artıq olub və nəticədə, növbəti gün üçün rəsmi məzənnənin 1,6309 AZN/USD olacağı gözlənilir (bu gün 1,6228 AZN/USD-dir).

"Report"un analitik qrupu hesab edir ki, manatın məzənnəsinin möhkəmlənməsi dövründə istədiyi effektə nail ola bilməyən AMB valyuta siyasətində dəyişiklik etmək məcburiyyətində qalıb: "Aydın olub ki, "üzən məzənnə" rejimi Azərbaycan reallıqlarına uyğun deyil. Çünki, insanlar gələcəkdə manatın məzənnəsinin proqnozlaşdıra bilmədiklərindən xarici valyutada vəsaitlərini qorumağa çalışır. Bu da real iqtisadiyyatın inkişafına mane olur. Manata inamın geri dönməsinin yeganə yolu isə AZN/USD məzənnəsinin sabitləşdirilməsidir. Bu zaman xarici valyutada yığımların manata geri dönəcəyi və banklara yatırılacağı şübhəsizdir. Nəticədə, banklar da manatla kreditləşməni bərpa edə bilər ki, bu da öz növbəsində iqtisadi artımı sürətləndirər".

Analitik qrup dolların rəsmi məzənnəsinin qısa müddətdə 1,85-2,10 AZN/USD diapazonuna çatacağını və müəyyən səviyyədə sabitləşəcəyini düşünür: "AMB-nin ən gec may ayının əvvəlində sabit valyuta məzənnəsi haqqında qərarını açıqlayacağı ehtimal edilir. Belə olarsa, artıq 2016-cı ilin ikinci yarısında ÜDM-də ciddi artım gözləmək olar".

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

Sahibkarsınız? Biznesinizi daha rahat və sürətli böyüdə bilərsiniz!

Kredit növləri arasında ən çox seçilən nağd pul kreditlərindən biri də sahibkarların biznes yolunda müraciət etdiyi Mikrokreditdir. Bu yazımızda Mikrokreditlə...

Biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ: Hansı sahədə uğur qazanmaq olar? - FOTO

Bu gün hər hansı obyekt açmaq istəyən iş adamını narahat edən əsas məsələ həmin obyektin yerləşməsidir. Artıq bir faktdır ki, məkanın yerləşdiyi ərazi biz...

Bu məhsullar niyə sürətlə bahalaşır?

Məhsulların bir çoxu, o cümlədən yuyucu tozlar xaricdən tədarük olunur. İstehsalçı ölkələrin məhsulların qiymətini bahalaşdırması Azərbaycanda olan qiymətlərin ...