“Məqsədimiz beynəlxalq tələblərə uyğunlaşmaqdır”- FORUM TƏSİSÇİSİ

“Məqsədimiz beynəlxalq tələblərə uyğunlaşmaqdır”- FORUM TƏSİSÇİSİ
 

4 may 2019-cu il tarixində  "Pullman” oteldə ölkəmizin aparıcı şirkətlərinin iştirakı ilə "İnnovasiya və şəffaflıq” devizi altında III Maliyyə və İnvestisiya Forumu keçiriləcək. Forumun təsisçilərindən olan "ADMEDİA” reklam şirkətinin rəhbəri  Sabit  Məmmədov tədbirlə əlaqədar İqtisadiyyat.az saytına müsahibə verib.

-Builki  forum sayca neçəncidir  və  əsas məqsəd nədən ibarətdir?

- Azərbaycanda keçirilən Maliyyə və İnvestisiya Forumu sayca üçüncüdür. Təbii ki, davamlı da olacaq. Məqsədimiz ölkəmizdə innovasiyayönümlü iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırması, regional miqyasda Azərbaycan Respublikasının mövqeyinin daha da gücləndirilməsi istiqamətində dövlət siyasətinin reallaşmasına dəstək olmaq və geniş auditoriyanı maarifləndirməkdən ibarətdir.

-III Maliyyə və İnvestisiya Forumunda hansı məsələlər müzakirə ediləcək?

-Forumda dünya və Azərbaycanın gündəmində olan maliyyə, vergi və iqtisadi mövzuları müzakirəyə çıxarılacaq.

Forum bir gün ərzində 3 panel - "İnvestisiya və maliyyələşmə strategiyaları”, "Vergi siyasəti və mühasibat uçotu” və "Sahibkarlıq və innovasiya” panelləri üzrə keçiriləcəkdir.

Forumda əsasən bu mövzular üzərində məruzə və diskussiyyalar aparılacaqdır:

"Rəqəmsal bankçılığın inkişafı, şirkətlərə maliyyə vəsaitlərinin cəlbi, ERP sistemlərinin qurulması, big data analitika və maliyyə sisteminə tətbiqi, start up –lara investisiyalar, kölgə iqtisadiyyatı ilə mübarizə, vergi qanunvericiliyinin tətbiqi, sahibkarlığın inkişafı kimi mövzular müzakirəyə çıxarılacaq”.

-Forumda bu il hansı xarici ekspertlərin iştirakı gözlənilir?

-Təbii ki, xarici ekspertlərimiz də olacaq. Yeni əməkdaşlıq çərçivəsinə bu il Rusiyalı mütəxəssisləri də daxil etmişik. Adları yaxın günlərdə açıqlanacaq.

-Ölkədə innovasiya fəaliyyətinin inkişafı üçün hansı şəraitlər yaradılıb?

-Azərbaycan Respublikasında innovasiya sahibkarlığı sahəsində fəaliyyətin davamlı inkişafı, innovasiya sferası subyektlərinin fəaliyyətini genişləndirmək üçün hərtərəfli imkanların yaradılması dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir.

Hökumət tərəfindən innovasiya sisteminin formalaşması və inkişafının strateji istiqamətlərinin müəyyən edilməsi, innovasiya layihələrin maliyyələşməsi, investisiyaların cəlb edilməsi və təşviqi üzrə əlverişli şəraitin yaradılması, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması, innovativ xarakterli inkişaf təcrübəsinin öyrənilməsi, inkişaf strategiyasının hazırlanmasında ondan istifadə edilməsi və digər məsələlərlə bağlı bir sıra mühüm sənədlər imzalanmış və konkret hədəflər müəyyən edilmişdir.

-Forumun Azərbaycanda keçirilməsinin sahibkarlığın inkişafı üçün hansı faydaları var?

-Bu forumla dövlətin bizə yaratdığı imkanları xarici sahibkarlara göstərmək istəyirik. Belə forumlar sahibkarlarla dövlət arasında əlaqələri gücləndirir. İnanıram ki, xarici sahibkarla əməkdaşlıq yerli sahibkarlığın əhəmiyyətli inkişafına dətək olacaq. Buna görə də baş tutacaq forum önəmli rol oynayır. Belə ki, sözügedən forumun ölkədə keçirilməsi ilə yerli sahibkarların əlavə biliklər əldə etməsinə vasitəçi oluruq.

-Forumun Pr və reklamı sizə həvalə olunub. Hazırda işlər hansı səviyyədədir?

"Admedia” Reklam Agentliyi olaraq bu işi biz üzərimizə götürmüşük. Ötən illər necə, bu il də uğurla başa vuracağımıza əminəm.

Ölkədə sayılıb, seçilən və ən reytinqli xəbər agentlikləri və portalları bizim media tərəfdaşımızdır. PR-ı yüksək səviyyədə həyata keçiririk. Bundan əlavə Maliyyə və İnvestisiya Forumunun reklamı üçün küçə reklamlarından və dijital reklamlardan istifadə edirik. Sosial media üzərindən tanıtım aksiyaları təşkil edirik. Forumda iştirak üçün müraciət edənləri sayı göstərir ki, Admedia olaraq biz PR və Reklam işimizi uğurlu qurmuşuq. Forum günü isə televiziyalar, xəbər agentlikləri və portalları da tədbiri geniş işıqlandıracaqlar.


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...