“Mən məktəbdə oxuyanda da pul yığılırdı” deyən nazirə cavab – Misir Mərdanov DANIŞDI

“Mən məktəbdə oxuyanda da pul yığılırdı” deyən nazirə cavab – Misir Mərdanov DANIŞDI
"Məktəblərdə pul yığımı bu günün problemi deyil, mən məktəbdə oxuyanda da belə idi”.

Xəbər verdiyimiz kimi, bu sözləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. Nazir pul yığımının əvvəllər də mövcud olduğunu söyləyib.

Sfera.az bildirir ki, azxeber.com nazirin məktəb illəri ilə bağlı kiçik bir araşdırma aparıb.

Emin Əmrullayev 1982-ci ildə anadan olub. O, altı yaşında - 1988-ci ildə orta məktəbə gedib və Bakının Yasamal rayonunda yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsil alıb.

1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Nazirin məktəb illərindəki təhsilinin böyük hissəsi mərhum nazir Lidiya Rəsulovanın (1993 – 1997) dönəminə təsadüf edir.

Emin Əmrullayevin təhsil həyatının yalnız 2 ilə yaxın dönəmi eks-nazir Misir Mərdanovun (1998-2013) zamanına düşür.

 Nazirin "mən məktəbdə oxuyanda da belə idi” iddiasına cavab tapmaq üçün keçmiş nazirlə əlaqə saxlamağa cəhd edilib. Lidiya Rəsulovanın vəfat etdiyini nəzərə alsaq, yalnız sabiq təhsil naziri Misir Mərdanovla əlaqə saxlaya bildik.

O, əvvəlki dövrdə məktəblərdə rüşvətin olub-olmaması ilə bağlı sullara cavab vermək istəmədiyini bildirdi. Misir Mərdanov "o, nazirdir, mən də oturmuşam işimdə” fikirləri ilə kifayətləndi: "Mən danışsam, hərə bir söz deyib hallandıracaq. O, nazirdir, mən də oturmuşam işimdə”.

Eks nazir son olaraq "canı sağ olsun” deməklə kifayətləndi: "Mənim nəyimə lazımdır, canı sağ olsun”.

OXŞAR XƏBƏRLƏR

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi - RƏSMİ

Nazirlər Kabineti "Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. Sfera.az xəbər verir ki, bu barədə müvafiq sənədi B...

Azərbaycanda məktəblər bağlana bilər? - RƏSMİ AÇIQLAMA

Hal-hazırda 9 məktəb və 299 sinif distant təhsilə keçib Sfera.az xəbər verir ki,  bunu Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur...

Bakıda məktəbdə direktor şagirdləri çubuqla döydü - VİDEO

Azərbaycanda daha bir direktor şagirdləri döyüb.  Sfera.az "oxu.az”a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayı...

Qalmaqallı məktəbin direktor müavinindən ŞOK AÇIQLAMA: "Məktəbdə “patı” satılır"

Şagirdlərin tərbiyəsizlik etdiyi orta məktəblə bağlı şok faktlar yayılıb. 1   Sfera.az xəbər verir ki, 65 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri ...

Məktəb direktorları və müavinlərinin maaşları artırıldı - QƏRAR

"Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və di...

Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı YENİ AÇIQLAMA

"İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında baş verən hadisə ilə əlaqədar toplanan ilkin materiallar rayon Polis Şöbəsinin istintaq bölməsinə verilib...