"Mən iş adamıyam, Azay Quliyev isə siyasətlə məşğuldur" – İş adamı Azay Möhnətov

Azay Möhnətov: "Otuz ilə yaxındır ki, bizneslə məşğul oluram. Biznesin isə birinci qaydası halallıqdır. İkinci qaydası isə qanunla çalışmaqdır. Biz, halallığın və qanunun tərəfdarıyıq.”

"AF Holdinq” Şirkətlər Qrupunun rəhbəri, İş adamı Azay Möhnətovun müsahibəsini təqdim edirik

Azay müəllim, iş həyatınızda hansı yeniliklər var?

Gördüyümüz işlərin keyfiyyətini artımağa çalışırıq. İş həyatımızda və biznesdə müsbət nümunələr yaratmaq üçün təşəbbüslərimizi genişləndiririk. Həmçinin, cəmiyyətimiz üçün, dövlətimiz üçün faydalı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gördüyü bütün işlərə biz də öz tərəfimizdən dəstək olmağa çalışırıq. Dövlətimizin iqtisadi addımlarını dəstəkləyirik.

Azay müəllim, Sizin iş adamı olmağınız bəzən, mətbuatda müxtəlif qərəzli materialların dərc olunmasını nümayiş etdirir.

Maraqlı məqama toxundunuz. Bununla bağlı dostlarımız da mənə deyirlər. Bir şeyi xüsusi vurğulamaq istəyirəm ki, mən heç vaxt media əməkdaşları ilə problem yaşamamışam. Azad mətbuatdır, hər kəs təhqir etmədən fikirlərini qərəzli və ya qərəzsiz yaza bilər. Hər bir şəxs də öz mövqeyini cavab olaraq bildirmək də azaddır. Yəni, mətbuat ilə münasibətlər qarşılıqlıdır. Jurnalist peşəsinin sahibləri öz obyektivliklərini qorumalıdır. Müsbət nümunələri təqdim etməkdən çəkinməməlidir. Tənqid də olmalıdır. Bizim sahəmiz elədir ki, inkişaf üçün tənqid birinci şərtdir. Biz, öz işlərimizlə cəmiyyətimizi, dövlətimizi və möhtərəm Prezidentimizi dəstəkləyirik. Hər kəs bu ali ideyanı əsas götürərək müsbət işlər görməlidir.
Azay müəllim, mətbuatda adaşınız, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin adından sui-istifadələrə yol verilməsi ilə bağlı məlumatlar dərc olunub.

Çox təəssüf edirəm. Otuz ilə yaxındır ki, bizneslə məşğul oluram. Biznesin isə birinci qaydası halallıqdır. İkinci qaydası isə qanunla çalışmaqdır. Biz, halallığın və qanunun tərəfdarıyıq. Azay nadir adlardandır və buna görə bir çox hallarda insanlar bizi səhv salırlar. Adaşım, hörmətli millət vəkilimiz Azay müəllim haqqında gedən yazılar, bizim adaş olmağımızdan sui-istifadə edən mediada çalışan həmvətənlərimiz üçün təəssüf edirəm. Çünki, bütün bu yazılanlar doğru deyil. Qarşı tərəfin fikri öyrənilmədən materiallar dərc olunur. Həm adaşım, həm də mən, ikimizin də səhv salınmağımızla rastlaşmışıq. Mən iş adamıyam, Azay Quliyev isə siyasətlə məşğuldur. Azay Quliyev millət vəkilidir, ATƏT PA-nın vitse presindeti kimi ölkəmizi xaricdə yüksək səviyyədə təmsil edir. Biz, hər ikimiz şəffaf, möhtərəm Prezidentimiz və dövlətimiz üçün sədaqətli işlər görən insanlarıq. Hər ikimiz dövlətə, xalqa və möhtərəm Prezidentimizə xidmət edirik. Mən, adaşım Azay müəllimin gördüyü işləri təqdir edirəm və bu yolda yorulmamasını arzulayıram.
Azay müəllim, mətbuatda gedən yazılarda qeyd olunur ki, Sizin biznes fəaliyyətlərinizdə millət vəkilimiz Azay Quliyevin adından istifadə olunmasında məqsəd bəzi dövlət qurumlarında, xüsusilə Vergilər Nazirliyi qarşısında imtiyazlar və güzəştlər əldə edilməsi niyyəti ilə olmuşdur. Buna münasibətiniz?

Azərbaycan Respublikası qanunlarla tənzimlənən bir dövlətdir. Dövlət məmurlarının Vergilər Nazirliyi qarşısında hər hansısa imtiyazı və güzəşti mövcud deyil. Rəsmi və ya qeyri- rəsmi bu reallıqdan uzaq yanaşmadır. Azərbaycan Respublikasının qanunvericiliyində kimlərə imtiyazlar və güzəştlər tətbiq edilməsi müəyyən edilib. Hansıki, bu imtiyazlar və güzəştlər milli qəhrəmanlarımıza, şəhid ailələrimizə, veteranlara, çox uşaqlı ailələrə və s. şəxslərə aid edilir. Mən iş adamıyam, Azay Quliyev isə siyasətçidir. Uzun illərdir ki, biznes fəaliyyətimizdə də şəffaf və qanun çərçivəsində fəaliyyət göstəririk. Millət vəkilimiz Azay Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədridir və bu vəzifə yüksək etimadın göstəricisidir. Hər birimiz Azərbaycan vətəndaşı olaraq qanun qarşısında məsuliyyətli vətəndaş olmalıyıq.

Azay müəllim, əlavə qeyd etmək istədiyiniz, sonda demək istədiyiniz hansı fikirlər var?

Biznes sahəsində atdığımız addımlar, iş həyatı üçün gördüyümüz işlər bizim faydalılığımızı ifadə edir. İstənilən iş, istənilən layihə və istənilən ideya öz faydalılığını göstərməlidir. Əsas ideyamız budur. Biz də bunun üçün çalışırıq. Ümid edirəm ki, mediada çalışan dostlarımız bütün anlaşılmazlıqlara son qoyacaq.İslahat.az

OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...