Məhkəmə Bakıda anasını qətlə yetirən yeniyetmənin həbsi ilə bağlı qərar verdi
![Məhkəmə Bakıda anasını qətlə yetirən yeniyetmənin həbsi ilə bağlı qərar verdi](http://old.sfera.az/file/pic/xeber/2022-04/1650888194_871afd2f-6fd5-4f94-8110-2298cdc8c838_850.jpg)
16:10 / 25.04.2022
672
Bakıda anasını öldürməkdə təqsirləndirilən A.C. (ad, soyadı şərti) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
"Report”un əldə etdiyi məlumata görə, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib.
Belə ki, A.C.-nin barəsində həbs qətimkan tədbiri seçilib.
Sfera.az xəbər verir ki, baş Prokurorluğun Mətbuat Xidməti "Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, hadisə aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü A.C qısqanclıq zəminində anası, 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanı bıçaqla qətlə yetirib.
A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.