“Mavi balinadan” sonra daha bir oyun kabusu ortaya çıxdı

“Mavi balinadan” sonra daha bir oyun kabusu ortaya çıxdı
Uşaqları və gəncləri intihara sövq edən "Mavi balina” oyunundan sonra indi "Mariam” kabusu ortaya çıxıb.

Sfera.az xəbər verir ki, Səudiyyə Ərəbistan vətəndaşı Salman Əl Hərbinin hazırladığı "Mariam” adlı oyun keçən yaydan etibarən Yaxın Şərq ölkələrindən olan gənclər arasında populyarlaşıb.

Oyundan "Mariam” adlı 9 yaşlı qız azdığını bildirərək, evə qayıtmaq üçün oyunçudan kömək istəyir. Oyun başlamadan əvvəl oyunçunun adı, ünvanı, yaxın ətrafı soruşulur, "Facebook”, "WhatsApp” kimi tətbiqetmələrə giriş icazəsi istənilir.

Oyunda istifadəçilərə "Eviniz haradadır? "Facebook” hesabınız nədir?” kimi suallar verilir. Bu suallara cavab verilmədən bir sonrakı mərhələyə keçmək olmur. Oyun bağlandıqda isə təkrar oynamaq üçün 24 saat gözləmək lazımdır. Qorxunc səs effektləri və səhnələri olan oyunun son mərhələsinə gələn şəxslərə gecə saat 03:00-da naməlum nömrədən zəng gəlir.

Sosial şəbəkələrdə təcrübələrini bölüşən bəzi bloqqerlərə görə, fərqli dillərdə danışan bir robot mobil telefona zəng edərək "Səninlə təkrar görüşəcəyik” kimi narahatedici səs səsləndirir və oyunçulara mesajlar göndərir.

Oyunu oynayan istifadəçilərin "Youtube”da paylaşdığı videolarda xarici nömrə nəzərə çarpır. İstifadəçilərə mobil telefondan gələn zənglərdə qorxu filmlərində istifadə olunan qışqırıq və fısıltı effektləri olan musiqilər dinlətilir.

Oyunla bağlı gələn şikayətlərə nəzərə alan Türkiyə Ailə və Sosial siyasətlər Nazirliyi Ankara Sülh Cəza Məhkəməsinə müraciət edərək oyunun bloklanmasını tələb edib. Nazirlik müraciətini oyunun şəxsi məlumatları əldə etməsi, uşaqlar üçün psixoloji təhlükə yaratması əsas göstərilib. Məhkəmə nazirliyin tələbini nəzərə alaraq oyunu bloklayıb.
 
Rəsul
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...