Maşın su kanalına düşdü - Bir nəfər axtarılır
18:16 / 17.02.2022
1569
Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində içərisində bir nəfərin olduğu ehtimal edilən "Toyota" markalı minik avtomobili Yuxarı Şirvan su kanalına düşüb.
Sfera.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.
Əlavə məlumat veriləcək.