Martda qiyməti ən çox artan ərzaq məhsullarının ADI AÇIQLANDI

Martda qiyməti ən çox artan ərzaq məhsullarının  ADI AÇIQLANDI
Bu ilin martında illik müqayisədə qida məhsullarının qiymətində 17,4 faiz artım baş verib.

Sfera.az bildirir ki, bu göstərici qiymətlərdə olan ümumi dəyişikliyi əks etdirir. Yəni, bütün ərzaq məhsullarının qiyməti bu qədər artmayıb. Bəzi ərzaq məhsullarında bahalaşma sürəti daha böyük, bəzilərində az, bir qism ərzaq məhsullarında isə nəinki bahalaşma baş verməyib, əksininə qiymətləri enib.
 
Bəs, son bir ildə hansı mühüm ərzaq mallarının qiyməti daha çox artıb və hansı əsas ərzaq mallarında ucuzlaşma qeydə alınıb?

Məlumatların təhlili göstərir ki, son bir ildə (mart 2021-mart 2022) qiyməti artan əsas ərzaq məhsulları çoxdur. Ümumilikdə, əsas ərzaq məhsullarının əksəriyyətində bahalaşma sürəti 10 faizi ötür. İllik müqayisədə dəyəri 20 faizdən çox artan mühüm ərzaq malları da az deyil. Məhz onların sayının çox olması qida məhsullarında 17,4 faizlik bahalaşmaya səbəb olub. Dəyəri 20 faizdən çox artan əsas ərzaq mallarının adı, qiyməti aşağıdakı cədvəldə əksini tapıb.

 
 
Bu cədvəldən göründüyü kimi daha yüksək qiymət artımı taxıl məhsullarında,  onlardan alınan sənaye məhsullarında və tərəvəzlərdə qeydə alınıb.
 
Adıçəkilən əsas ərzaq məhsullarının kəskin bahalaşması ilə yanaşı, bır sıra mühüm qida məhsullarında ucuzlaşma da baş verib. Toyuq yumurtasının qiyməti il ərzində 9,6 faiz azalıb. Ötən il bir ədədi 20 qəpik olan yumurta bu ilin martında 18 qəpiyə satılıb.

Limonun bir kiloqramının dəyəri 15,7 faiz azalaraq 3,2 manatdan 2,65 manata, naringinin qiyməti 25 faiz azalaraq 3 manatdan 2,25 manata, almanın qiyməti 26 faiz düşərək 2,05 manatdan 1,5 manata, qozun dəyəri 10 faiz enərək 5,9 manatdan 5,3 manata, fındığın qiyməti 3 faiz azalaraq 6,1 manatdan 5,95 manata, tomat pastasının dəyəri 5 faiz kiçilərək 4,6 manatdan 4,4 manata düşüb.
 
Vasif