Maqsud Mahmudova 14 il həbs cəzası verildi
17:17 / 06.05.2022
2159
Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı M.Mahmudovun 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.