Lotu Qulinin “sağ əli” türmədən Rusiya əleyhinə paylaşım etdi – Xanımı isə.../ FOTOLAR

Lotu Qulinin “sağ əli” türmədən Rusiya əleyhinə paylaşım etdi – Xanımı isə.../ FOTOLAR
Vaxtı ilə Lotu Qulinin "sağ əli” kimi tanınan "Dikiy Arman” ləqəbli Arman Cumageldiyevin xanımı Aykol Alijanova Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə müraciət edib. 
 
Sfera.az xəbər verir ki, xanım Alijanova prezidentdən həyat yoldaşını həbsdən azad etməsini xahiş edib:

"O, heç vaxt siyasətlə məşğul olmayıb. Yanvar hadisələri zamanı isə əksinə, insanları sakitləşməyə çağırırdı. Xahiş edirəm, onun ailəsinə qaytarın”.

Bu arada "Dikiy Arman” həbsxanadan sosial şəbəkələrdə maraqlı paylaşım edib.O, Qazaxıstan, eləcə də Rusiyanın cənub ərazilərini işarələyərək yazıb:

"Bunlar qazax torpaqlardır. Vaxt gələcək biz öz torpaqlarımıza qayıdacağıq. Qazaxıstan bizimdir”.

Xatırladaq ki, bu ilin yanvar ayında Qazaxıstanda baş verən toqquşmalar zamanı polis kriminal avtoritet Arman Cumaqeldiyevlə ("Arman Diki”) birgə 6 silahdaşını da saxlamışdı. Onlardan 4 tapança, döyüş sursatı, uclu silahlar və hətta bir zirehli maşın ələ keçirilib. 

Hazırda "Arman” Almatıdakı təcridxanaların birində saxlanılır. /Gündəm.az


OXŞAR XƏBƏRLƏR

DTX onu həbs etdi - FOTO

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Sfera.az ...

Evindən narkotika tapılan qadın edama məhkum edildi – FOTO

İsrailli Fida Kivan Dubaydakı evində narkotik saxlamaqda günahkar bilinərək edam cəzasına məhkum edilib. Sfera.az xəbər verir ki, bəzi mənbələrdə 38, bəzi...

Rus-türk mafiyasının 1 ton kokainini ələ keçirən şəxs - “Valyagin cinayəti”

Baltikyanı ölkələrdə kriminal dünyanın əfasənəsi sayılan Gennadi Valyaginin (Dlinnıy) qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.  Sfera.az xatırla...

Goranboyda arvadını öldürən şəxsin FOTOLARI

Xəbər verdiyimiz kimi, Goranboyda həyat yoldaşını avtomobillə vurduqdan sonra bıçaqla qətlə yetirən şəxs saxlanılıb. Sfera.az bildirir ki, "Qafqazinfo”nun...

Polisin öldüyü qəza ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi Hacıqabul rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən Sfera.az-a verilən xəbə...

Bakıda polislərin əmrinə tabe olmayan "Range-Rover"in sürücüsü həbs edildi - FOTO + VİDEO

Bakıda yol hərəkəti qaydalarını ardıcıl kobud şəkildə pozan və polislərin "Saxla" əmrinə tabe olmayan sürücü inzibati qaydada həbs edilib. Bu barədə Sfera...