“Lotu Hikmət”in davamçısı həbsdən çıxdı – VİDEO

“Lotu Hikmət”in davamçısı həbsdən çıxdı – VİDEO
Kriminal aləmdə "Paşa” adı ilə tanınan azərbaycanlı "qanuni oğru” Pərviz Sabirabadlı 2 gün öncə həbsdən çıxıb.

Sfera.az Minval.info-ya istinadən xəbər verir ki, ümumilikdə 18 il həbs həyatı yaşayan Pərvizin "Paşa” kimi çağrılmasının səbəbi həmyerlisi, "qanuni oğru”, kriminal aləmdə böyük hörmət sahibi olmuş Hikmətlə bağlıdır. Belə ki, Hikmət ona Pərviz yox, "Paşa” deyirmiş. Beləcə hər kəs onu "Paşa” deyərək çağırmaya başlayır. Pərvizi Hikmətin davamçısı kimi də tanıyırlar.

Rusiyada yaşayan və orada da məhkum olan Pərvizi həbsxana çıxışında dostları, yaxınları qarşılayıb. Pərviz həm də "qanuni oğru” Rövşən Lənkəranskinin yaxın adamı kimi tanınıb.



OXŞAR XƏBƏRLƏR

Azərbaycanda "patı" çəkən şəxs hamilə arvadının boğazını kəsdi - VİDEO

Abşeron rayonunun Qobu qəsəbəsində qətl hadisəsi baş verib. Sfera.az "İctimai TV"yə istinadla xəbər verir ki, Anar Bəkirov hamilə yoldaşı Leyla Bəkirovanı...

Ana və uşaqlarının qətli ilə bağlı YENİ FAKTLAR - Qonşuları NƏLƏR DANIŞDI? - VİDEO

Ötən gün Nizami rayonunda bir ailənin 3 üzvünün qətlə yetirilməsi ilə bağlı xəbər vermişdik. ''Xəzər Xəbər'' bu gün həmin hadisənin təfərrüatlarını araşdırıb. M...

Su polisləri “Kalaşnikov” satmaq istəyən şəxsi saxladı - VİDEO

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata...

Toy karvanında avtoxuliqanlıq etdi - ANBAAN VİDEO

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları tərəfindən avtoxuliqanlıq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliy...

DİN-dən Tahir Kərimlinin ölümlə hədələnməsi ilə bağlı açıqlama - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Milli Məclisin deputatı Tahir Kərimlinin ölümlə hədələnməsi barədə iddialarına münasibət bildirilib. DİN Mətbuat Xidmətinin K...

Xocavənddə silah-sursat aşkar edildi - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində intensiv tədbirl...