Ölkə çempionu gecə klubunun önündə öldürüldü - Qətl anının VİDEOsu

Ölkə çempionu gecə klubunun önündə öldürüldü - Qətl anının VİDEOsu
Qarışıq döyüş növləri üzrə Özbəkistan çempionu, Asiya oyunlarının sərbəst güləş üzrə iştirakçısı Cəmşid Kenjayev öldürülüb.

Sfera.az xəbər verir ki, o, Daşkənddə "Aurum 898” gecə klubunun mühafizəçiləri tərəfindən qətlə yetirilib. Müşahidə kamerası tərəfindən qeydə alınan və qanlı hadisəni əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb. Videoda 25 yaşlı idmançının öncə klubun mühafizəçilərilə salamlaşdığı və daha sonra içəri daxil olmağa çalışdığı görünür. Tərəflər arasında mübahisə də məhz bu zaman baş verir. Cəmşidin kluba daxil olmasına imkan verməyən mühafizəçilər onu təpikləyir, stulla qəddarcasına döyürlər.

Özbəkistan Baş prokurorluğunun məlumatına əsasən, mühafizəçilərdən biri gənc idmançını elə özünün bıçağıyla yaralayıb. Zərbə ölümcül olub, Kenjayev xəstəxanada keçinib.

Verilən məlumata görə, idmançı mətbəx bıçağıyla kluba daxil olmağa çalışıb. İnsident zamanı o,iki mühafizəçini ağır yaralayıb. Bu zaman digər bir mühafizəçi bıçağı Cəmşidin əlindən alaraq ona sinə nahiyəsindən bir neçə zərbə endirib. Bundan sonra yerdə yaralı vəziyyətdə uzanan Kenjayev təpiklənib.

Gənc idmançının ehtimal edilən qatiliylə bərabər 4 mühafizəçi saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./Yeniçağ.az




OXŞAR XƏBƏRLƏR

Finalda məğlub olan Rafael Ağayev ağladı - VİDEO

Ötən gün "Minsk 2019” ikinci Avropa Oyunlarında Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) finalda ukraynalı Stanislav Horuna məğlub olub. R.Ağayev finald...

Məşhur futbolçudan gənc oyunçuya qarşı inanılmaz kobudluq - VİDEO

İngiltərə Premyer Liqasının XV turunun mərkəzi oyunu olan "Mançester Yunayted” – "Arsenal” görüşü bol qollu (2:2) olması ilə yanaşı, gərginliyi ilə seçilib. ...

Həbibdən xanım aparıcıya qarşı gözlənilməz hərəkət - VİDEO

Rusiyalı idmançı, UFC çempionu Həbib Nurməhəmmədov "Matç TV” telekanalının baş direktoru Tina Kandelakinin əlini sıxmayıb. Sfera.az teleqraf.com-a istinadən...

Nurməhəmmədov yenə də Meyvezerə söz atdı - VİDEO

UFC çempionu Həbib Nurməhəmmədov şəxsi "Instagram" hesabında amerikalı boksçu Floyd Meyvezerə müraciət edib.  UFC çempionu səhifəsi...

Azərbaycanlı idmançı pişiyin ağzını dollarla təmizlədi – VİDEO

Son günlər Amerika ilə Türkiyə arasında baş verən siyasi gərginlik əsas müzakirə mövzusuna çevrilib. ABŞ-ın rəsmi Ankaraya qarşı sanksiyalarını qınayanlar...

Ölkə çempionu gecə klubunun önündə öldürüldü - Qətl anının VİDEOsu

Qarışıq döyüş növləri üzrə Özbəkistan çempionu, Asiya oyunlarının sərbəst güləş üzrə iştirakçısı Cəmşid Kenjayev öldürülüb. Sfera.az xəbər verir ki, ...