Lerikdə oğlanlar niyə batıb? – VİDEO

Lerikdə oğlanlar niyə batıb? – VİDEO
Bir neçə saat əvvəl Lerik rayonunun "Hacı şəlaləsi”ndə iki azərbaycanlı oğlanın batması ilə bağlı dəhşətli kadrlar yayılıb.

Bizimyol.info-un Oxu.Az-a istinadən məlumatına görə, videodan görünür ki, fiziki hazırlıqlı gənc suya atılır və tez-tez üzməyə başlayır.

Ancaq bu, onda alınmır. Əlləri ilə hərəkət edən oğlan yalnız 1-2 metr üzməyə nail olur. Oğlan bütün gücü ilə yerdən özünü itələməyə çalışır ki, başı suyun üzündə qalsın. Ancaq bütün bunlar əbəsdir.

Baş verənləri görən oğlanın dostu ona kömək üçün özünü suya atır. Ancaq o, da analoji halla qarşılaşır. Hər iki şəxsin cəsədi hadisədən bir neçə saat sonra xilasedicilər tərəfindən sudan çıxarılır.

Orada nə baş verdi? Üzməyi bacaran gənclər nəyə görə suda bir neçə metr hərəkət edə bilmədilər?

İş burasındadır ki, yüksəklikdən suyun axdığı yerdə (bizim vəziyyətdə çox da hündür olmayan şəlalədən – red.) qeyri-bərabər torpaq qatı və burulğan yaranır.

Ekspertlərin fikrincə, bu səbəbdən yaxşı üzməyi bacaran şəxs belə, burulğan vaxtı çayda üzə bilməz. İnsanlar öz güclərini düzgün qiymətləndirmir, tanımadığı yerlərdə çaya daxil olur və gözlənilməz hallarla qarşılaşır.

İkinci səbəb "suvod” ola bilər

Bu, çay burulğanıdır. Bu cür burulğanlar sahilin bir hissəsinin su ilə təması zamanı baş verir. Bu cür burulğanlarda su çox sürətlə hərəkət edir. O, insanı suyun dibinə çəkmə gücünə malikdir.

Və nəhayət, üçüncü səbəb – suda müxtəlif bitkilər və yosunlar ola bilər ki, bu da insanın hərəkətinə mane olur.



OXŞAR XƏBƏRLƏR

Bakıda gecə klubunda partlayışdan sonra DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib. Sfe...

Bakıda qumbaralar aşkarlanıb - VİDEO

Bakıda qumbaralar aşkarlanıb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "1...

Ötən sutka 52 yanğına çıxış olub - VİDEO

Ötən sutka Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən 52 yanğına çıxış, 2 kömək...

Bakı şəhər İcra Hakimiyyətinin qarşısında maşın aşdı - VİDEO

Bakı şəhəri, Səbail rayonu ərazisində ağır yol qəzası baş verib. Sfera.az xəbər verir ki hadisə şahidlərinin baku.ws-in "qaynar xətti”nə verdikləri məluma...

Zığ şosesində zəncirvari qəza - VİDEO

Bakıda zəncirvari avtomobil qəzası baş verib. Sfera.az  xəbər verir ki, hadisə Zığ şosesində qeydə alınıb. Qəza baş verən yerdən görüntüləri tə...

Zaurun verilişində qayınana gəlinin saçından tutub sürüdü - VİDEO

ATV kanalında yayımlanan "Bizimləsən” verilişində qalmaqal baş verib. Sfera.az xəbər verir ki, Zaur Baxşəliyevin proqramında iştirak edən gəlinlə qayınana...