Ölən bacıların qəzasının təfərrüatı - Tıxaca düşməmək üçün...+Foto

Ölən bacıların qəzasının təfərrüatı - Tıxaca düşməmək üçün...+Foto

Bir neçə gündür ölkədə ən çox danışılan qəza haqda bu gün daha bir acı xəbər gəldi. Hadisə günü yerindəcə vəfat edən Sürəyya Qəhrəmanlının özündən bir yaş kiçik bacısı Leyla Qəhrəmanlı da xəstəxanada vəfat etdi.

"Qafqazinfo”nun əməkdaşları bu gün bacıların yaşadığı binada olublar.

Biz 3-cü mikrorayonda yerləşən binaya çatanda həyətdə xeyli insan- kişilər, qadınlar, uşaqlar, qocalar, hər kəs vardı. Öyrəndik ki, Leylanın atası Nazim kişi qızının nəşini məscidə yuyulmağa aparıb. Cəsəd oradan evə gətiriləcək, vidalaşmadan sonra özündən 3 gün öncə vəfat edən böyük bacısı Sürəyyanın məzarının yanında dəfn ediləcək.

Uzun illər ailə ilə yaxın olan və onları yaxından tanıyan qonşular bu faciədən dərin sarsıntı keçiriblər:

"Sürəyyanın dəfn olunduğu yer ailə üçün özəldir. Belə ki, Sürəyya rəhmətlik nənəsinin adını daşıyır. Onun nənəsi bir neçə il öncə sentyabrın 15-də, nəvəsi Sürəyyanın vəfat etdiyi tarixdə dünyasını dəyişib. Nəvə Sürəyya da nənə Sürəyyanın məzarının yanında dəfn olunub. Görünür, bizim Sürəyya nənəsinin təkcə adını yox, həm də taleyini özündə daşıyıb...”

Ailəni bu hüznə qərq edən hadisə isə bacıların işə gecikməsinə görə olub. Sürəyya valideynlərinə ilk dərs günü olduğu üçün Bakı-Sumqayıt yolu ilə getməyəcəyini, Novxanı yolundan istifadə edəcəyini deyib. Yaxşı tanımadığı bu yol isə onu yubadıb. İnsan resursları şöbəsində çalışdığı klinikaya çatmaq üçün tələsən Sürəyya yüksək sürətlə hərəkət edərək qarşısındakı maşını ötməyə çalışıb, bu zaman isə qarşıdan gələn yük maşını ilə toqquşub.

Sürəyya özü çata bilməsə də, bacısı Leylanı həmin klinikaya çatdırıb. Lakin Leyla bir neçə gün sonra elə oradaca canını tapşırıb...

Qeyd edək ki, ailənin 2 bacıdan başqa övladı olmayıb. 



OXŞAR XƏBƏRLƏR

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Azərbaycanda vəzifəli şəxs cərimələndi

Beyləqan rayonu, Birinci Şahsevən kəndi yaxınlığında tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb ...

Azərbaycanda dəhşətli statistika: İki gündə səkkiz nəfər özünü öldürdü

Azərbaycanda mayın 10-nu və 11-də 8 intihar hadisəsi olub. Onlardan 6-sı özünü asıb, 2-si isə digər üsullarla həyatlarına qəsd edib. Lent.az-ın ədə etdi...

Polis polkovniki vəfat etdi

Polis polkovniki Namiq Aslanov vəfat edib. Bununla bağlı sosial şəbəkələrdə məlumat verilib.   Bildirilib ki, uzun müddət daxili işlər orqanlarında mü...

DİN-dən zibillikdə tapılan qadınla bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə anlaqsız vəziyyətdə zibillikdən tapılan qadınla bağlı açıqlama yayıb.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-...

Ata 11 aylıq körpəsini qəsdən yerə çırpdı

Bakıda ata 11 aylıq övladını yerə çırpıb.   Sfera.az xəbər verir ki, hadisə bu gün saat 21 radələrində Yasamal rayonunun 4-cü Yasamal adı ilə tanınan ...