Küləyin fəsadları ilə bağlı əməliyyat görüntüləri - VİDEO

Küləyin fəsadları ilə bağlı əməliyyat görüntüləri - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) güclü küləyin yaratdığı fəsadlarla bağlı məlumat yayıb.
 
Nazirlikdən verilən məlumatda deyilir:
 
"Məlum olduğu kimi, ölkə ərazisində ötən gündən başlayaraq hava şəraiti kəskin pisləşib, xüsusilə də Bakı şəhərində güclü külək müşahidə olunub. Küləyin təsirindən paytaxt Bakıda bir sıra fəsadlar meydana çıxıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin aidiyyəti qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz təhlükəsizlik tədbirləri görülüb.
 
Belə ki, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının damında dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında dərhal əraziyə cəlb olunmuş Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri dəmir parçasını götürərək təhlükəni aradan qaldırıblar.
 
Bundan əlavə, güclü küləyin təsirindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən birmərtəbəli fərdi yaşayış evinin dam örtüyünün yerindən qoparaq asılı vəziyyətdə qalması və vətəndaşlar üçün real təhlükə yaratması barədə daxil olmuş məlumata əsasən XRXX-nin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər dam örtüyünü ərazidən müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar".


OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...