Küçədə vətəndaşlara hücum edənləri hansı cəzalar gözləyir? - Vəkildən AÇIQLAMA

Küçədə vətəndaşlara hücum edənləri hansı cəzalar gözləyir? -  Vəkildən AÇIQLAMA
Bakıda küçədə gedərkən məktəbli qıza şillə vuran şəxslə bağlı görüntülər sosial şəbəkələrdə sürətlə yayıldı və sözügedən hadisə müzakirə obyektinə çevrildi. Digər tərəfdən, bilərəkdən tanımadığı insanlara xəsarət yetirməyə meyilli olanlar kifayət qədərdir.
 
Maraqlıdır, belə şəxslərlə bağlı qanunvericilikdə hansı cəzalar nəzərdə tutulub.

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə şəxs üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir:

"Və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunmalıdır ki, həmin əməllər sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Müsahibimizin sözlərinə görə, bu kimi hallardan hüquq mühafizə orqanlarına şikayət olarsa, adətən xəsarətin dərəcəsini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin olunur:

"Verilən ekspert rəyinin nəticəsindən və xəsarətin dərəcəsindən asılı olaraq, hadisəni törədən şəxs müvafiq məsuliyyətə cəlb olunur. Həmçinin bir vəkil kimi hesab edirəm ki,  sözügedən hadisədə şəxsin əməllərində təkrarçılıq, davamedicilik və səbəbsiz şəkildə cəmiyyətə açıqca hörmətsizlik ifadə olunduğu üçün  əməldə xuliqanlıq cinayətinin də tərkibi var. Belə ki, Cinayət Məcəlləsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Xatırladaq ki, hadisə fevralın 5-də "İnşaatçılar" metrostansiyasının çıxışında baş verib. Atasının bildirdiyinə görə, sifətinə dəyən şillənin təsirindən qızın burnundan qan açılıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

İlkin Süleymanovdan ŞOK İFADƏ: "Rəis müavini deyirdi ki, boynuna alsan da, almasan da..."

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam e...

Sakinlər təhlükə ilə üz-üzə: Bakıda narkomanların yeni məskəni haradır? - VİDEO

Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində inşası yarımçıq qalan beşmərtəbəli bina narkotik aludəçilərinin məskəninə çevrilib.   Bu barədə yaxın...

Azərbaycanda dəhşətli hadisə: Polis şöbəsində özünü DOĞRADI

Mingəçevir şəhərində həbs edilmiş şəxs özünə xəsarətlər yetirib. Sfera.az xəbər verir ki, hadisə Mingəçevir Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerin...

Azərbaycanda bu maddələrin satışı ilə məşğul olanlar 10 il HƏBS EDİLƏCƏK

Azərbaycanda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olanlar 10 il həbs ediləcək.   Sfera.az xəbər verir...