Kriptovalyutalar sürətlə ucuzlaşır

19:00 / 03.05.2022
1492
Ötən həftə ərzində başlıca kriptovalyutalar arasında "Bitkoin"in qiyməti 4,8 faiz, "Ethereum”un isə qiyməti 5,5 faiz azalıb.
Sfera.az xəbər verir ki, digər kriptovalyutaların da qiymətində müəyyən enmə müşahidə olunur.
Qeyd edək ki, mayın 4-də ABŞ Federal Ehtiyatlar Sistemi (FES) faiz dərəcəsinə dair açıqlama verəcək. Faiz dərəcəsinin 50 faiz bəndi artırılaraq 1 %-ə çatdırılacağı gözlənilir.