Kriminal aləmlə bağlılığı olan azərbaycanlı belə saxlanıldı - VİDEO

Kriminal aləmlə bağlılığı olan azərbaycanlı belə saxlanıldı - VİDEO
Rusiyanın Omsk kriminal avtoritetlərlə bağlılığı ilə seçilən azərbaycanlı tutulub.

Söhbət Əli Salehzaddan gedir.

O, 2009-cu ildə quldurluğa görə məhkum olunub. Həbs müddətində cəzaçəkmə müəssisəsində kriminal avtoritetlərin dəstəyini qazanıb.

Həbsdən azad olunduqdan sonra onun 2025-ci ilə qədər Rusiyaya girişi qadağan olunub. Buna baxmayaraq, Əli Salehzad sözügedən ölkəyə başqa adla daxil olub.

Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 33 yaşlı Azərbaycan vətəndaşı Əli Yaşar oğlu Salehzad saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 4 qram həşiş, avtomobilindən isə 10 qram marixuana aşkarlanaraq götürülüb. Onun barəsində cinayət məcəlləsinin 228-ci maddəsi ilə cinayət işi başlanılıb.

Rusiya mətbuatı yazır ki, Əli Salehzad 2009-cu ildə Saxalin vilayətində silahlı basqınlar törətdiyinə görə həbs olunub. Onun yerli sahibkarlardan pul qoparmaq və s. cinayətlərdə əlinin olması istisna edilmir. O, 2017-ci ildə azadlığa çıxıb. Bundan sonra Azərbaycana qayıdıb, ad və soyadını dəyişib. 2018-ci ildə isə yenidən Rusiyaya geri dönüb. Bu dəfə isə Rusiya sərhəddini qanunsuz keçməkdə ittiham olunub./Yenicag.az
 
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda "patı" çəkən şəxs hamilə arvadının boğazını kəsdi - VİDEO

Abşeron rayonunun Qobu qəsəbəsində qətl hadisəsi baş verib. Sfera.az "İctimai TV"yə istinadla xəbər verir ki, Anar Bəkirov hamilə yoldaşı Leyla Bəkirovanı...

Ana və uşaqlarının qətli ilə bağlı YENİ FAKTLAR - Qonşuları NƏLƏR DANIŞDI? - VİDEO

Ötən gün Nizami rayonunda bir ailənin 3 üzvünün qətlə yetirilməsi ilə bağlı xəbər vermişdik. ''Xəzər Xəbər'' bu gün həmin hadisənin təfərrüatlarını araşdırıb. M...

Su polisləri “Kalaşnikov” satmaq istəyən şəxsi saxladı - VİDEO

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata...

Toy karvanında avtoxuliqanlıq etdi - ANBAAN VİDEO

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları tərəfindən avtoxuliqanlıq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliy...

DİN-dən Tahir Kərimlinin ölümlə hədələnməsi ilə bağlı açıqlama - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Milli Məclisin deputatı Tahir Kərimlinin ölümlə hədələnməsi barədə iddialarına münasibət bildirilib. DİN Mətbuat Xidmətinin K...

Xocavənddə silah-sursat aşkar edildi - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində intensiv tədbirl...