"Koronavirusun hər ay 2 yeni ştamı meydana gələcək" - Professordan AÇIQLAMA

"COVİD-19-dan ümumi ölüm 1,79%-dir. "Omikron”dan ölüm isə 0,1-0,4% nisbətindədir. Yəni digər ştamlarla müqayisədə 6-18 dəfə və ya 75% az".

Sfera.az bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Onun sözlərinə görə, təbii və ya vaksinasiya fonunda immunitet qazanmış şəxslər "Omikron”a yoluxarsa, xəstəliyin ağır gediş ehtimalı hətta 1%-in altındadır:

"Digər tərəfdən, hazırda 10 000 müxtəlif variantı olan koronavirusun COVİD-19 tipinin genom əsasını 30 min nuklein nüvəsi təşkil etdiyindən, onun hər ay 2 mutant ştamının əmələ gəlməsi təbii qanunauyğunluqdur. Odur ki, aylar ardıcıllığında mütəmadi olaraq COVİD-19-un yeni ştamları haqqında məlumat veriləcək. Bundan qorxmaq lazım deyil. Çünki, hər yeni ştam virusun bioloji fəallığının 3 standart dəyərləndirilmə meyarının ikisinə - patogenlik və letallıq əmsalına görə, ana ştamdan zəif, yalnız birinə - Ro indeksinə görə, ana ştamdan üstün olmalıdır”.

Mütəxəssis qeyd edib ki, "Omikron” ştamı qorxu törədəcək heç bir bioloji gücə malik deyil:

"İstər təbii, istərsə də vaksin fonunda formalaşan immunitet bu ştama qarşı ən effektiv qoruyucu vasitədir. "Omikron”la yanaşı, hazırda COVİD-19-un daha 2 yeni ştamı - Kamerun (İHU) və Deltakron ştamları da müzakirə mövzusudur. "Kamerun”nun genom strukturunu təhlil edərək, onun təhlükəli olmadığını elmi cəhətdən əsaslandırmışdım. "Deltakron”un genom quruluşunun molekulyar təhlili üzərində isə dayanmaq istəmirəm, çünki belə bir ştam yoxdur. Varsa belə, yox kimi qəbul olunmalıdır. Yəni stress, qorxu, gərginlik və ruhi sarsıntıya düşməyə heç bir elmi əsas yoxdur. Normal həyatınızı yaşayın".

Xatırladaq ki, bu gün səhiyyə naziri Teymur Musayev "Dünyanın bir çox ölkəsində "Omikron" ştamı yayılıb və Azərbaycanda da ştama yoluxmalar artır”, - deyə bildirib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Ramazan sonrası hansı şəkildə qidalanmaq lazımdır – Mütəxəssisdən AÇIQLAMA

Məlum olduğu kimi Ramazan ayı boyunca oruc olan şəxslər gün ərzində normal qidalana bilmir. 1 ay ərzində saatlarla davam edən aclıq və susuzluq sonradan bəzi şə...

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə DƏYİŞİKLİKLƏR ediləcək

Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Bunu İcbari Tibbi Sığorta üzrə Döv...

Son sutkada yoluxanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda bu gün koronavirus infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər verir ki,...

Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ ...