Könül Nurullayeva: “Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istəyirsə...”

Könül Nurullayeva: “Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istəyirsə...”
"Ermənilər bir əsrdən çoxdur, saxta soyqırım iddiaları ilə özlərini məzlum xalq kimi təqdim etməyə çalışırlar. Bu saxta tarix ətrafında mif yaratma ənənələrini davam etdirirlər. Təəssüf ki, bəzi hallarda bu qondarma iddiadan siyasi təzyiq vasitəsi kimi istifadə olunur".
 
Sfera.az xəbər verir ki, bu fikirləri millət vəkili Könül Nurullayeva deyib.

Onun sözləriə görə, bu məsələləri araşdırmaqda, həqiqəti olduğu kimi söyləməkdə, faktlara hüquqi qiymət verməkdə maraqlı görünmürlər.

"Məsələyə siyasi nöqteyi-nəzərdən yanaşaraq, ermənipərəst mövqedən çıxış edərək, siyasi motivli qərəzli və ədalətsiz qərarlar da var. Bu isə bütün qonşularına ərazi iddiası olan Ermənistanın saxta iddialarının coğrafiyasını genişləndirməsi üçün zəmin yaradıb.  Halbuki ermənilərə dəstək xarakteri daşıyan qətnamə və bəyanat qəbul edən dövlətlər heç vaxt bu barədə nə Türkiyədə, nə də digər arxivlərdə araşdırma aparmayıblar, bunun marağında olmayıblar. 100 il əvvəl baş verən olayları təhrif edənlər 30 il əvvəl məhz terrorçu Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı, eləcə də  vaxtı ilə erməni millətçilərinin Mərkəzi Anadoluda törətdikləri qətlləri görməzdən gəlirlər. Bu məsələləri araşdırmaqda, həqiqəti olduğu kimi söyləməkdə, faktlara hüquqi qiymət verməkdə maraqlı görünmürlər".

Millət vəkili qeyd edib ki, hər il aprelin 24-ü öncəsi bu mövzu ətrafında bir ajiotaj müşahidə olunur.
 
"Erməni lobbisi təmsil olunduğu ölkələrdə fəaliyyətə keçir, bu saxta tarix ətrafında siyasi şoular təşkil edirlər. Lakin heç kim məsələnin tarixi aspektdən şərh olunmasını gündəmə gətirmir. Yalnız Türkiyə hər zaman arxivlərin açılmasının tərəfdarı olub. Ermənistan isə tarixi faktların üzə çıxmasında maraqlı deyil. Çünki bu soyqırım iddialarının saxta olduğunu təsdiqləyən faktlar kifayət qədərdir. Elə erməni mənbələrində də soyqırım iddialarının saxta olmasını sübut edən dəlillər kifayət qədərdir. Bu səbəbdən Ermənistan Türkiyənin arxivlərin açılmasına dair təklifini qəbul etməkdən boyun qaçırır.

Əslində qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Bu məsələdə Bakı ilə Ankaranın mövqeyi eynidir. Bu gün Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirsə, ilk növbədə saxta iddialarından əl çəkməlidir. Çünki işğalçı zehniyyətlə normal qonşuluq münasibətləri qurmaq, əlaqələri inkişaf etdirmək mümkün deyil".
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...