Könül Nurullayeva bu Federasiyasının idmançı və rəhbər heyəti ilə görüşdü - FOTO

Könül Nurullayeva bu Federasiyasının idmançı və rəhbər heyəti ilə görüşdü - FOTO
Boccia İdman Federasiyasının təşkilatçılığı ilə baş tutan "Motivasiya Həftəsi" çərçivəsində Milli Məclisin deputatı Könül Nurullayeva yığma komandamızın idmançı və rəhbər heyəti ilə görüş keçirib.
 
Sfera.az xəbər verir ki, idman sahəsindəki təcrübəni paralimpiyaçılarımızla bölüşən K.Nurullayeva, eyni zamanda Xorvatiyanın Zaqreb şəhərində keçirilən "Intercontinental Challenger” çempionatını medalla başa vurmuş idmançılarımız Sona Ağayeva, Bəhruz Mirzəyev və Orxan Kərimovu ürəkdən təbrik edib.
 
"Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya uğrunda ilk reytinq xallarını qazanan paralimpiyaçılarımıza bundan sonrakı yarışlarda bol-bol uğurlar arzulayıb.

K.Nurullayeva, həmçinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin rəhbəri Rəhilə Həsrətova ilə görüşərək qurumun fəaliyyəti ilə yaxından tanış olub, geniş fikir mübadiləsi aparıb. Qeyd edib ki, dövlətimizin idmana və fiziki məhdudiyyətli insanlara göstərdiyi qayğı və diqqət idmançılarımızın yüksək nəticələr əldə etməsinə və fiziki məhdudiyyətli insanların sosial statusunun möhkəmlənməsinə öz tövhəsini verir.

Millət vəkili görüşün sonunda isə Boccia İdman Federasiyasının Baş katibi və Baş məşqçisi İlham Məhərrəmova dəvətə görə öz dərin təşəkkürünü bildirib.

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...