Kəmaləddin Heydərovun işdən çıxardığı general KİMDİR? - "Aptek Nağı” kimi tanınır

Kəmaləddin Heydərovun işdən çıxardığı general KİMDİR? -
Xəbər verdiyimiz kimi, FHN-nin Maliyyə-iqtisadiyyat Baş idarəsində aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlandığı üçün qurumun rəhbəri, general-mayor Nağı Nağıyev vəzifəsindən azad edilib. Hüquq idarəsinin rəisi (mülki) Nərgiz Yusubova isə öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.

Sfera.az xəər verir ki, FHN-nə yaxın mənbələr Qaynarinfo-ya işdən çıxarılan hər iki rəislə bağlı detallı məlumatlar verib.

Belə ki, Nağıyev Nağı Cabbar oğlu Prezident İlham Əliyevin 15 dekabr 2008-ci ildə verdiyi sərəncamla "Hərbi xidmətlərə görə" medalı, 13 dekabr 2010-cu il sərəncamı ilə general-mayor rütbəsi, 15 dekabr 2017-ci il sərəncamı ilə isə  3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

O, Naxçıvanda anadan olub. Nazir Kəmaləddin Heydərovla bir sinifdə oxuyub və Naxçıvan şəhərinin 1 saylı orta məktəbini birib. Uzun illər Naxçıvanda dərman biznesi ilə məşğul olub. Elə generalı boya-başa çatdığı Naxçıvanda da "Aptek Nağı” kimi tanıyıblar. Bu gün də yaxın çevrəsi onu "Aptek Nağı” kimi tanıyır. Daha sonra nazir Kəmaləddin Heydərovun dəvəti ilə Bakıya gəlib. Gömrük Komitəsində və Fövqəladə Hallar Nazirliyində bir sıra vəzifələrdə çalışıb. 

Sonuncu vəzifəsinə isə 15 ildən artıqdır təyin olunmuşdu. Generalın rəhbərlik etdiyi qurumda aparılan son yoxlamalar zamanı isə ciddi qanun pozuntuları aşkarlanıb. Hazırda bu istiqamətdə istintaq aparılır. 

İşdən çıxan Hüquq idarəsinin rəisi (mülki) Nərgiz Yusubova da FHN-də rütbəsi olmayan yüksək vəzifəlilərdən olub. Uzun illər FHN-də çalışıb, bir sıra orden və mükafatlarla təltif edilib. Nərgiz Yusubova Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin yaxın adamı kimi tanınıb.


 

OXŞAR XƏBƏRLƏR

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Prezident Administrasiyasının bu şöbəsi ləğv olundu

Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsi ləğv edilib. Sfera.az-ın məlumatına görə, şöbənin adı president.az saytında "Struktur” bölməs...

Rəşad Dağlı danışdı - Onu üzr istəməyə kim məcbur edib? - VİDEO

Meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə deyişmə zamanı "Xomeyni çöküb qalıb, Behcəti "naqruska”dadır” kimi ifadələr işlətdiyi üçün təhdid olunduğuna görə üz...

Rusiyalı məşhur qadınla eşq yaşayan azərbaycanlı kimdir? - ŞOK DETALLAR/FOTOLAR

Dünyaca məşhur balerina Anastasiya Voloçkovanın yeni sevgilisinin azərbaycanlı taksi sürücüsü olduğu deyilsə də bu məlumat həqiqəti əks etdirməyib. Sfera.az...

Azərbaycanda itləri kütləvi şəkildə güllələdilər - VİDEO

Bərdə rayonunda küçə itlərini kütləvi şəkildə öldürüblər.   Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayı...