Kartla taksi ödənişi edən müştəridən ƏDV-nin tutulmasına banklar, yoxsa şirkətlər səbəb olur? - İZAH

Kartla taksi ödənişi edən müştəridən ƏDV-nin tutulmasına banklar, yoxsa şirkətlər səbəb olur? - İZAH
Sosial şəbəkələrdə bir sıra vətəndaşlar taksi xidmətlərinin plastik kart ödənişi ilə bağlı şikayətlər səsləndirirlər. Belə ki, qeyd edilənlərə görə, xarici dövlətlərdə qeydiyyatdan keçən taksi ("Bolt, "Uber”, "Taxify”, "Maaxim” və s.) şirkətlərinin xidmətindən istifadə edən müştəri plastik kartla gediş haqqı ödəyirsə, ondan ƏDV tutulur.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bu şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsinin tərəfdarı olmadığını deyib:

"Çünki Azərbaycanda yetəri qədər yerli şirkətlər var və onların geniş imkanlara malik olması üçün dövlət öz səylərini göstərməlidir. Qeyd edilən şirkətləri isə, ümumiyyətlə, ölkədən çıxarmaq lazımdır. Onların ən azı 2-3-nün arxasında erməni mənşəli adamlar dayanıb, yəni rəhbər vəzifələrdə ermənilər də təmsil olunur. Onlar Azərbaycana heç bir vergi ödəmirlər, pullar cibinə gedir. Əgər doğrudan da kartla ödəniş edən zaman ƏDV tutulursa, deməli, Azərbaycana vergi ödəmək əvəzinə, onlara çatan pulu ciblərinə qoyub vergini sərnişinlərin boynuna yükləyirlər”.

Müsahibimiz bununla bağlı sərnişinlərə də çağırış edib:

"Bu taksi xidmətlərindən istifadə etməsinlər. Öz yerli şirkətlərimizə müraciət etsinlər. Düşünürəm ki, aidiyyatı qurumlar artıq hərəkətə keçib yerli şirkətlərin inkişafı üçün çalışmalıdırlar. Belə olan halda, problem də aradan qalxmış olar. Bu şirkətləri birmənalı şəkildə ölkədən qovmaq lazımdır. Artıq qardaş Türkiyədə "Uber”i ölkədə çıxarıb, eyni zamanda bir çox ölkələr "Maxim”, "Taxify” kimi şirkətlərə işləməyə imkan vermirlər. Bunlar hamısı vergidən yayınan, pulları öz ciblərinə axıdan şirkətlərdir. Azərbaycan dövlətinə də heç bir xeyri yoxdur”.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, plastik kartlar vasitəsilə nağdsız qaydada aparılan ödənişlər üzrə vətəndaşın hesabından 18 faiz ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur.

Günay Rəsulqızı 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bu bürclər heç vaxt bir-biri ilə anlaşa bilmir - SİYAHI

İnsanların çoxu öz bürclərinin xüsusiyyətlərini oxuyarkən onlara uyğun gələn bürclər haqqında maraqlanır. Lakin digər maraqlı məqam isə hansı bürclə he...

Deputat məktəblərdə baş verən kriminal hadisələrdən DANIŞDI: "Ciddi cəza tədbirləri görülməlidir"

Son günlər məktəblilərin davranışları ilə bağlı xoş olmayan xəbərlərin sayında artım müşahidə olunur. Özəlliklə, üzərində bıçaq kimi kəsici alətlər daşıyan, bir...

Kartla taksi ödənişi edən müştəridən ƏDV-nin tutulmasına banklar, yoxsa şirkətlər səbəb olur? - İZAH

Sosial şəbəkələrdə bir sıra vətəndaşlar taksi xidmətlərinin plastik kart ödənişi ilə bağlı şikayətlər səsləndirirlər. Belə ki, qeyd edilənlərə görə, xarici dövl...

Azərbaycanda restoranların "zorakı iftar" tələsi - Menyudan seçimə icazə verilmədikdə müştəri nə etməlidir?

Ramazan ayı ilə bağlı demək olar ki, əksər restoranlarda iftar menyuları mövcuddur. Maraqlısı odur ki, iftar zamanı bəzi restoranlar menyudan digər seçimlərin e...

Uşağa qoyulan ad onun həyatına necə təsir edir? - Psixoloq RƏYİ

İran - İraq savaşı zamanı Azərbaycanda minlərlə insan övladına məhz Səddam adı vermişdi.  İndi isə, Rusiya-Ukrayna müharibəsi fonunda Zelenski adına maraq ...

Oruc tutarkən bunlara DİQQƏT EDİN! - Mütəxəssis açıqladı

"Ramazan ayında oruc tutan şəxslərin qidalanma rejimində fərqlənmə müşahidə olunur. İmsaq və iftar zamanı qəbul etdiyimiz qidalardan insan orqanizmi qüvvətlənir...