Kadırovun Putinlə “kadırovçular"ın döyüş bacarığı ilə bağlı çox XOŞAGƏLMƏZ SÖHBƏTİ OLUB - Arestoviç

Kadırovun Putinlə “kadırovçular
Vladimir Putinin Ramzan Kadırovla qoşunlarının döyüş hazırlığı ilə bağlı çox xoşagəlməz söhbəti olub. Söhbət Kiyev yaxınlığındakı işğalçı qoşunların tərkibində "Kadırovtsılar”ın məğlubiyyətindən sonra olub.

Sfera.az xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Meduza portalına müsahibəsində deyib.

"Onlardan ən azı 10 500 nəfər ("kadırovçular”) Kiyev yaxınlığında idi; xüsusilə Buçada, bu, mənim dəqiq gördüyüm rəqəmdir. Təxminən bir o qədər də Mariupol yaxınlığında idi. Onların nə qədəri ora Kiyev yaxınlığından gəlib və nə qədər olduğunu ayrı-ayrılıqda söyləmək çətindir. Ümumilikdə deyə bilərik ki, onların 25 minə yaxın idilər – təkcə Çeçenistandan deyil, ümumilikdə Qafqaz respublikalarından”, – deyə Arestoviç bildirib.

Plana görə, onlar Kiyevi ələ keçirməli idilər, lakin paytaxt ətrafındakı əməliyyat bölgələrində "kadırovçular”ın kolonları ən azı üç dəfə dağıdılıb. Arestoviç bildirib ki, ukraynalı topçular və pilotlar eyni anda 30-40 maşına atəş açıblar. Kadırovun qoşunları da Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlıları ilə toqquşmadan sonra yerüstü pusqulara düşüb və ciddi itki veriblər.

Söhbət Kiyev yaxınlığında işğalçıların məğlubiyyətindən sonra olub.

"Onların əhval-ruhiyyəsi dərhal aşağı düşdü – bizim qoşunlarla döyüşə girmədən, sadəcə aviasiya və artilleriya zərbələrindən sonra. Əldə etdiyimiz məlumata görə, sonra Kadırovun Putinlə real döyüş qabiliyyəti barədə çox xoşagəlməz söhbət olub”, – deyə Aretsoviç davam edib.

Daha sonra "kadırovçular” Mariupola köçürülüb. Kadırov şəxsən ora general-leytenant rütbəsi aldığına görə, öz qoşununun qarşısında çıxış etmək üçün gəlib.  Aretoviçin dediyinə görə, bundan sonra "kadırovçular” döyüşlərdə iştirakının sübutu kimi səhnələşdirilmiş videolar çəkməyə başlayıb.

Xatırladaq ki, son videoların birində Kadırovun əsgərləri növbəti dəfə aşağı döyüş qabiliyyətini nümayiş etdirib. Döyüşçü minaatanı təkbaşına doldura bilməyib və ruslardan birinin bunu etməsini gözləyib.

Əldə etdiyimiz məlumata görə, döyüşlərdə 5 min "kadırovçu” öldürülüb.

Qeyd edək ki, Kadırovun ordusu nəinki Ukraynda, hətta Rusiyada belə "Tik-Tok döyüşçüləri”, yaxud "TikTokerlər” adlandırılırlar.
 

OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Qərbə NÖVBƏTİ ŞOK: Qəti mövqeyini elan etdi

Rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq, çünki iki ölkə respublikanın terror təşkilatlarının üzvlükdə şübhəli bilinən şəxslərin e...

İsveç də NATO üzvlüyünü ELAN ETDİ

İsveç NATO-ya üzv olmaq barədə rəsmi qərar qəbul edib.   Sfera.az xəbər verir ki, qərar hakim Sosial Demokrat Partiyası tərəfindən qəbul edilib. &n...

Ukrayna hərbçiləri Qarabağda Azərbaycan ordusuna qarşı vuruşan rus tankını ƏLƏ KEÇİRDİ - ŞOK FOTO

Ukrayna Silahlı Qüvvələri rus tankını ələ keçirib. Məlum olub ki, bir vaxtlar Qarabağda Azərbaycan ordusuna qarşı vuruşan tank sonradan Ukraynaya gətirilib....

Ruslar Ukraynanın Polşa ilə sərhədinə RAKET ATDI

Mayın 15-də səhər saatlarında Rusiya ordusu Lvov vilayətinə raket zərbəsi endirib. Sfera.az xəbər verir ki, bu barədə Lvov Regional Hərbi Administrasiyası...

Liderlər Putinə ağır zərbə vurmağa HAZIRLAŞIR

G7 ("Böyük Yeddilik") ölkələrinin liderlərinin virtual formatda görüşü keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat ya...

İran yenidən Ermənistanın müdafiəsinə qalxdı: “Ermənistanın sərhədləri dəyişdirilə bilməz” - FOTO

İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zühuri yenidən anti- Azərbaycan mövqeyi ilə "zühur edib" "Azad İran" Telegram kanalının xəbərinə görə, səfir bildirib...