Jurnalist Aytən Məmmədovadan onu hədələyənlərə mesaj: "Ağıllanmaq niyyətim yoxdur...”"

Jurnalist Aytən Məmmədovadan onu hədələyənlərə mesaj:
Mayın 8-də axşam saatlarında yaşadığı binanın liftində naməlum şəxsin hücumuna məruz qalan jurnalist Aytən Məmmədova bu hadisəyə görə ona dəstək verənlərə minnətdarlıq edib.

Sfera.az-ın məlumatına görə, Aytən Məmmədova hadisə barədə yenidən açıqlama verib.

"Təsəvvür edin, kiçik liftin içərisində arxadan bir nəfər əli ilə çənəndən tutub sıxır, o biri əlindəki bıçağı (gözümlə görməsəm də, bıçaq olduğunu güman edirəm) boğazına batırıb deyir: "Sən ağıllanmadın da...”.
 
Arxasınca öz əxlaqına, öz ailəsinin tərbiyəsinə uyğun ifadə tərzilə 12 yaşlı övladını ölümlə hədələyir...
 
Hadisədən üç gecə keçir. Elə gecə olmayıb ki, mən iki saatdan artıq yuxu yata bilim...
 
İki gün ərzində dəfələrlə Bakı şəhər Baş Polis İdarəsində, Binəqədi rayon Polis İdarəsində olmuşam, izahat vermişəm, başqa qurumlarda görüşmüşəm. Hadisənin ertəsi gün ekspertizadan keçməyə getsəm də, məlum oldu ki, qeyri-iş günü olduğuna görə həmin qurum işləmir. Mayın 10-da mən gedəndə bildirildi ki, ekspert-həkimlər saat 3-dən sonra olmurlar, çıxıb gediblər. Mənim isə 3-dən sonra getməyim səbəbsiz deyildi. O vaxtda qədər Binəqədi rayon Polis İdarəsində və başqa qurumlarda olmuşdum.
 
Mən izahatlarımda da bildirmişəm, bir daha bəyan edirəm: mənim şəxsi zəmində heç kiminlə ədavətim, düşmənçiliyim yoxdur. Elə işlərə qarışmamışam ki, kimsə gətirib boğazıma bıçaq dirəsin. Baş verənlər birmənalı şəkildə peşə fəaliyyətimlə bağlıdır!
 
Ən çox verilən suallardan biri budur: istintaqdan razısan? Nə razıyam, nə də narazı. Çünki razı olmaq üçün ortada nəticə olmalıdır, cinayətkar(lar) tapılmalıdır. Narazı olmaq üçün də konkret əsaslar göstərməliyəm. Bu baxımdan düşünürəm ki, hələlik bu suala cavab vermək tezdir. Nəticədən asılıdır...
 
Amma narazı olduğum müəyyən məsələlər var, onu da zamanı gələndə açıqlayacağam...
 
Sonda bir daha qayıdıram "ağıllanmaq” məsələsinə. Əgər "ağıllanmaq” deyəndə peşəmi, jurnalistikanı nəzərdə tuturlarsa, mənim ağıllanmaq niyyətim yoxdur...”.
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...