“Çıxın xalqa deyin ki, pensiyanızı biz kəsmişik”, - deyən millət vəkilinə nazirlikdən SƏRT CAVAB

“Çıxın xalqa deyin ki, pensiyanızı biz kəsmişik”, - deyən millət vəkilinə nazirlikdən SƏRT CAVAB
Deputat Fəzail Ağamalı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırış edib. 
 
Millət vəkili bunu Milli Məclisin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında qanun"a təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.
 
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırış edirəm. Çıxın televiziyaya, xalqa deyin ki, pensiyanızı biz kəsmişik. Biz nə günahın sahibiyik ki, hamı deputatın üstünə düşür? Bizi hər yerdə buna görə təhqir edirlər”, - deyə deputat qeyd edib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deputata cavab verib:
 
F.Talıbov bildirib ki, millət vəkili Fəzail Ağamalının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən guya pensiyaların kəsilməsi barədə parlamentdə səsləndirdiyi iddia məsuliyyətsiz yanaşmadır”.
 
O əlavə edib ki, millət vəkilinin diqqətinə bir daha qanunvericiliyi çatdıraraq bildiririk ki, əlilik müddətli və ya geridönməz hallarda (əzaların amputasiyası, sağalmaz xəstəliklər və s.) müddətsiz, yəni ömürlük təyin olunur:
 
"Əlilliyə görə pensiya və ya müavinət əlillik müddəti ərzində verilir. Həmin müddət bitmədiyi halda sosial ödənişin dayanması halı baş vermir.
 
Əlillik müddəti bitdiyi halda isə həmin müddətin uzadılması üçün yenidən qiymətləndirmə aparılmalı, bu məqsədlə yeni göndəriş daxil edilməsi üçün səhiyyə müəssisələrinə müraciət edilməlidir.
 
Bu barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, bir millət vəkilinin populizmə hesablanan qeyri-ciddi fikir sərgiləməsi sadəcə təəssüf doğurur”.  

OXŞAR XƏBƏRLƏR

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Prezident Administrasiyasının bu şöbəsi ləğv olundu

Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsi ləğv edilib. Sfera.az-ın məlumatına görə, şöbənin adı president.az saytında "Struktur” bölməs...

Rəşad Dağlı danışdı - Onu üzr istəməyə kim məcbur edib? - VİDEO

Meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə deyişmə zamanı "Xomeyni çöküb qalıb, Behcəti "naqruska”dadır” kimi ifadələr işlətdiyi üçün təhdid olunduğuna görə üz...

Rusiyalı məşhur qadınla eşq yaşayan azərbaycanlı kimdir? - ŞOK DETALLAR/FOTOLAR

Dünyaca məşhur balerina Anastasiya Voloçkovanın yeni sevgilisinin azərbaycanlı taksi sürücüsü olduğu deyilsə də bu məlumat həqiqəti əks etdirməyib. Sfera.az...

Azərbaycanda itləri kütləvi şəkildə güllələdilər - VİDEO

Bərdə rayonunda küçə itlərini kütləvi şəkildə öldürüblər.   Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayı...