İtaliyada COVID sertifikatları ləğv edildi
16:48 / 01.05.2022
1184
Mayın 1-dən etibarən İtaliyada insanların sıx olduğu yerləri ziyarət etmək üçün tələb olunan COVID sertifikatları ləğv edilib.
Sfera.az xəbər verir ki, sənəd yalnız mayın sonuna qədər ölkəyə giriş, eləcə də dekabrın 31-dək tibb müəssisələri və qocalar evlərini ziyarət üçün tələb olunacaq.