İstədiyiniz dili 1 gündə öyrənin - Bu proqramın imkanları sərhəd tanımır

İstədiyiniz dili 1 gündə öyrənin - Bu proqramın imkanları sərhəd tanımır
"ATi Studios” şirkəti "Google Daydream” platforması üçün səsi tanıya bilən və xarici dil öyrənməyə kömək edəcək "MondlyVR” proqramını hazırlayıb.

Sfera.az  "popmech.ru” saytına istinadla xəbər verir ki, "MondlyVR” xarici dil öyrənənlər üçün virtual reallığa yüklənməyə və burada müxtəlif personajlarla danışmağa imkan verəcək. İstehsalçılar proqramın ən populyar dillərindən (ingilis, yapon, fransız, ispan və s.) başlayaraq əsas etibarilə yalnız dil daşıyıcıları və linqvistika sahəsinin mütəxəssisləri tərəfindən öyrənilən dillərədək (fin, macar) 30 dili dəstəkləyəcəyini bildiriblər.

Şirkətin baş icraçı direktoru Aleks İlieskunun sözlərinə görə, xarici dil öyrənməyin ən yaxşı üsulu həyati ssenarilər və söhbətləri canlandıran virtual reallığa yüklənməkdir. Yeni dil öyrənərkən ünsiyyət zamanı insanlara qorxu və təcrübənin olmaması maneə yaradır. "MondlyVR” xarici dil öyrənənlərə real ünsiyyət vəziyyətlərində bu baryerləri aşmağa kömək edir.

Həmçinin qeyd edilir ki, ənənəvi dil öyrənmədə altı ayadək vaxt tələb olunduğu halda, "MondlyVR” proqramı çərçivəsində ilk gündən öyrədilir. Proqramın işləməsi üçün virtual reallıq dəbilqəsini taxmaq tələb olunur.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...