İstanbulda kimya fabrikində partlayış - Video
14:10 / 23.08.2018
2763
İstanbulun Hadımköy rayonunda fabrikdə partlayış baş verib.
Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, yuyucu toz istehsal edən fabrikin turşu qazanı partlayıb. İşçilər təxliyə olunub. Ölən və yaralananın olmadığı bildirilir. Hadisə yerinə xeyli sayda yanğınsöndürən və xilasedici cəlb edilib.
Partlayışın səbəbi araşdırılır.