“İsrailin Türkiyəyə ehtiyacı var” - Ərdoğan

“İsrailin Türkiyəyə ehtiyacı var” - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin bir sıra xarici dövlətlərlə münasibətləri düzəltməsindən danışıb.

Sfera.az xəbər verir ki, Ərdoğan Türkiyənin xarici siyasətdə atdığı uğurlu diplomatik addımlar sayəsində Rusiya ilə çətin münasibətləri uğurla idarə etdiyini və sürətlə pisləşən əlaqələrin bərpasında necə bir dəyişikliyə nail olduğunu diqqətə çatdırıb.

Prezident İsrail və Misirlə münasibətlərin də yoluna qoyulduğunu vurğulayıb:

"Çünki biz Türkiyə olaraq Misir və İsraillə münasibətlərdə bölgədə həlledici ölkəyik, ipləri tamamilə qırsaq, bizə heç nə qazandırmayacaq. Bizim yanaşmamız həmişə belədir: "İpləri qırmayacaqsan. O bağ sənə lazım ola bilər”. Bu anlayışla aramızda olan əlaqələri pozmaq istəmirik. Təbii ki, İsrailin Türkiyəyə ehtiyacı var. Amma real olmaq lazımdır, bölgədəki hadisələr, xüsusən də sülh addımları baxımından bizim də onlara ehtiyacımız var”.

Ərdoğanın sözlərinə görə, Hersoq kimi prezidentin İsrailə rəhbərlik etməsi bu münasibətlərdə sülhə doğru addımın atılmasında mühüm rol oynayıb:

"Ümid edirik ki, baş nazirlə münasibətləri daha yaxşı mövqeyə gətirəcəyik. Təbii ki, Ramazan ayında bəzi ekstremist və radikal qrupların Əl-Əqsa məscidində törətdikləri iğtişaşlar bizi ciddi şəkildə narahat etdi”. 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...