İş axtaranlar üçün yeni fürsət

İş axtaranlar üçün yeni fürsət

Bakı Metropolitenində işə qəbul imtahanı keçirilib. Bir neçə ixtisas üzrə vakant yerlərə isə qəbul prosesi davam etdirilir.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Milli.Az-a bildirib ki, Metropolitenin Təlim-Tədris Mərkəzində müəssisənin mütəxəssislərindən ibarət kadr komissiyası tərəfindən işə qəbul imtahanı keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətindən göndərişlə müraciət edən namizədlərin işə qəbulu yol elektriki, yol montyoru, yardımçı fəhlə, təmir üzrə çilingər, elektrik çilingəri və digər ixtisaslar üzrə aparılıb.

İlkin seçim mərhələsində müraciət edənlər vakansiyanın tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra imtahana buraxılıblar. İmtahanı müvəffəqiyyətlə keçən 63 nəfərlə Əmək Məcəlləsinə uyğun əmək və hüquq münasibətlərini tənzimləyən müqavilə rəsmiləşdirilib. 19 nəfər müraciət edən isə dəvət olunmalarına baxmayaraq imtahanda iştirak etməyib.

İşə qəbul imtahanını uğurla keçən namizədlər "Bakı Metropoliteni" QSC-də ilk dəfə olaraq psixoloji-test olunublar.

Qeyd edək ki, xüsusi peşə ixtisasları, yəni sazlayıcı, sarğıçı, kabel lehimləyicisi, dolayıcı, frezerçi, avtomobillərin təmiri üzrə çilingər ixtisasları üzrə işə qəbul prosesi hələ davam edir.


OXŞAR XƏBƏRLƏR

Həbibin qələbəsi internetdə papaq bumu yaratdı

Yüngül çəkidə UFC çempion titulu uğrunda dağıstanlı döyüşçü Həbib Nurməməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında baş tutan döyüş azarkeşlərlə yanaşı ti...

Heç istifadə etməsək də üstdəki dəlik görün nə üçün imiş bilirsinizmi? - FOTO

Daha əvvəl fərq etdinizmi bilmirik, ancaq idman ayaqqabılarda ən yuxarıda əlavə iki ədəd dəlik yer alır. Sfera.az bildirir ki,bu dəliklər təbii ki, boşu boşuna...

Müdafiə nazirindən Qələbə Günü ilə bağlı əmr -FOTO

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib. ...

Ehtiyatlı olun: “WhatsApp”da tələ

"WhatsApp” vasitəsilə istifadəçilərə xüsusi viruslar göndərilir. Belə ki, istifadəçinin tələyə düşməsinin əsas səbəbi mesajı göndərənin kim olduğuna baxmamasıdı...

Erməni tankının izi belə qalmadı - VİDEO

Tankın qülləsi onlarla metr kənara uçub. Rusiyanın Donbas separatçılarını təbliğ edən news-front.info portalının reportyoru aprelin 2-dən 5-nə qədər qanlı...

Bakıda mindən çox bina söküləcək

Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilmə...