İş adamı ilə bağlı polisə şikayət - 200 minlik iddia

İş adamı ilə bağlı polisə şikayət - 200 minlik iddia
Tanınmış iş adamı Bəxtiyar Əzizli ilə bağlı polisə müraciət daxil olub.

Sfera.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən 1983-cü il təvəllüdlü İqrar İsgəndərov ərizəsində Bəxtiyar Əzizlinin ona məxsus 200 min manat pulu ələ keçirdiyini bildirib.

Şikayətçi qeyd edib ki, 1984-cü il təvəllüdlü Bəxtiyar Kamal oğlu Əzizli 2021-ci ilin dekabr ayında onu aldadaraq pulu alıb və daha sonra geri qaytarmayıb.
Toplanmış materiallar Bakı Şəhər Baş Polis İdarəsindən ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, B.Əzizli 2016-cı ildə neft sektorunda ixtisaslaşan "TOBOİL” və "Neftgen” şirkətlərini təsis edib. O, 2020-ci ildə "Baxmedia” şirkətini yaradıb.(Qafqazinfo)
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...