İranlı turistlər İstanbula axın etdi

İranlı turistlər İstanbula axın etdi

İstanbul Atatürk Havalimanına İrandan edilən səfərlərin artım nisbəti 85%-ə çatıb.

ABŞ, Avropa İttifaqı (Aİ), BMT tərəfindən İran üzərindən ambarqonun aradan qaldırılmasından sonra, bu ölkədə iqtisadi canlanma müşahidə edilir. Bununla bağlı olaraq, başda İstanbul olmaqla Türkiyənin bir çox bölgəsinə İranlı turistlər axın etməyə başlayıb. 

Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. 

İstanbul-İran istiqamətində gündə 18 ucuş həyata keçirilir. Novruz bayramında adıçəkilən istiqamət üzrə artım nisbətinin 85%-dən 100%-ə qalxması ehtimal edilir.   

İstanbul Atatürk Havalimanına başda Tehran olmaq üzərə Şiraz, Məşhəd, Isfahan və Ahvazdan ediən səfərlərin həcmi 85%-ə çatıb. İstanbul ilə İranın müxtəlif şəhərləri arasında həftədə qarşılıqlı 165 uçuş həyata keçirilir.

İrandan İstanbula gələn turistlər əsasən şəhərin tarixi yerlərini xüsusən Aya Sofiya məscidini ziyarət edirlər, bundan başqa Böyük ada da ziyarət edilən yerlər sırasındadır. 

İstanbulu ziyarət edən İranlı turistlər Novruz bayramında şəhəri yenidən ziyarət edəcəklərini qeyd ediblər.

Xatırladaq ki, İran ambarqo səbəbindən uzun illər idi ki, sərnişin daşınma xidmətlərinin keyfiyyətini artırmırdı. Amma ambarqonun bu ölkə üzərindən qaldırılmasından sonra, İran "Airbus”-dan 118 təyyarə sifariş verib. Bunu isə İranın bu istiqamətdə atdığı addımlardan biri kimi dəyərləndirmək olar. 


OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...