İranlı general Azərbaycanı HƏDƏLƏDİ: Qarabağdakı seperatçı rejimin rəhbərləri ilə… – TƏHLİL

İranlı general Azərbaycanı HƏDƏLƏDİ: Qarabağdakı seperatçı rejimin rəhbərləri ilə… – TƏHLİL
İran Ordusu Quru Qoşunları komandanı, briqada generalı Kiumars Heydəri Tehranda qılınan cümə namazında Azərbaycanı hədələyib.

Doğrudur, K. Heydəri konkret Azərbaycanın adını çəkməsə də, 2020-ci ildə baş vermiş 44 günlük müharibəni nəzərdə tutub.

K. Heydəri deyib ki, İranın əldə etdiyi informasiyaya görə, "Qeyri-legitim İsrail rejimi” qonşu ölkələrin birinin ərazisində fəaliyyət göstərib və regiondakı geopolitik şərtləri dəyişmək planlarına sahib olub.

Şübhəsiz ki, iranlı general "qonşu ölkələrdən birində” deyərkən, Azərbaycanı nəzərdə tutub. Heydəri deyib ki, həmin tarixlərdə İran Silahlı Qüvvələri ölkənin şimalında hərbi təlimlər keçirib və bəzi məlumatlar əldə edib. K. Heydəri onu da vurğulayıb ki, İran regionda "sionist rejim”in fəaliyyətini müşahidə edir və bu rejimin elementləri regionu tərk etməlidir.

Artıq demək olar ki, son həftələr, hətta son günlər İran tərəfindən Azərbaycana təhdidlərin sayı artır. Xatırladım ki, bir neçə gün bundan əvvəl SEPAH növbəti dəfə Ermənistanın xəritəsini yayaraq və bu ölkənin sərhədlərini xüsusi şəkildə vurğulayaraq, Azərbaycanı və Türkiyəni hədələyib.

Görünür, son günlər Ermənistan baş naziri Nikol Paşinyanın bu ölkənin parlamentində söylədikləri, Qarabağdakı separatçı rejimin rəhbərləri ilə erməni iqtidarı arasında yaşanan narazılıqlar Tehranı hərəkətə gətirib.

Üstəlik, Rusiyanın Ukraynada başının qarışması, Azərbaycan hərbçilərinin Fərrux kəndini ermənilərdən geri alması və Ağdərə istiqamətində irəliləyişi qonşu İranı narahat etməyə başlayıb.

Ümumiyyətlə, Qarabağda sülhün bərqərar olmaması, münaqişənin dondurulmuş vəziyyətdə onillərlə saxlanılması təkcə Rusiyanın yox, həm də İranın geosiyasi maraqları ilə üst-üstə düşür.

Digər tərəfdən, Tehran Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasında, regionda kommunikasiya sistemlərinin bərpasında da maraqlı deyil. Lakin hazırkı situasiya fərqlidir və Cənubi Qafqazda sülhün bərqərar olmasında Qərb də maraqlıdır. Məhz Əliyev və Paşinyan arasında keçirilən ardıcıl Brüssel görüşlərindən sonra açıqlanan bəyanatlarda Avropa İttifaqının Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı olduğunu görürük.

O ki qaldı "Sionist rejim”söhbətinə, bunlar Tehranın ənənəvi bəhanələrindən biridir, ciddiyə almağa dəyməz.

Rejim "sionizm” kəlməsini öz teopolitik siyasətinin əsas bazisi kimi görür və İranda yaşayan milyonlarla azərbaycanlını bu kəlmə ilə Azərbaycanla üz-üzə qoyur.

Eyni zamanda, İranın xarici siyasət doktrinasında teopolitika həmişə aparıcı rol oynayıb. Yəni, bu, yeni mövzu deyil.

///kaim.az

 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...