İradə İbrahimova COVID-ə yoluxdu

İradə İbrahimova COVID-ə yoluxdu
Müğənni İradə İbrahimova koronavirusa yoluxub. 

Sfera.az xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkədə bildirib. İfaçı yeni fotosunu yayımlayaraq evdə müalicə olunduğunu deyib:

"COVID can aldığı, insanları nəfəssiz qoyduğu vaxtlarda mənə dəyib-dolaşmadı. Bunun üçün mən də çox əmək verdim. Yanıma yaxınlaşmamağı üçün çox səy göstərdim, amma olmadı. Həmişə ölməkdən yox, öldürməkdən, pis bir işə səbəb olmaqdan, insanların yaşam sevinclərini əllərindən almaqdan qorxmuşam.
Sevdiklərimdən uzaq, otağıma bağlı şəkildə sağlamlığıma dönəcəyim günləri sayıram. Bağlı qapının arxasından həyatın davam etdiyinin şahidi olmaq məni həm sevindirir, həm də düşündürür. Demək ki, mən olmayanda da həyat mənsiz öz axarında, gözəl bir şəkildə davam edir. Qabaqcadan xoş diləkləriniz, dualarınız üçün hər birinizə çox təşəkkür edirəm!

Sağlıq! Hər şeyin başı sağlıqdır! Gerisi təfərrüat!"

Qeyd edək ki, İradə İbrahimova uzun illərdir Türkiyədə yaşayır. O, iş adamı Ceyhun İzerlə ailəlidir. Sənətçinin İpek adlı bir qızı, Ali adlı bir oğlu var.

OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

Renka qalmaqallı görüntülərindən danışdı: "Hamımız ana südü ilə böyüyürük... " - VİDEO

Rəqqasə Renka (Rəna Ağamuradova) qalmaqallı videosu ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, bu haqda "MTV maqazin"ə danışan rəqqasə müzakirələrə ...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Klarnet ifaçısından biabırçı açıqlama: “Qızımı Elməddinin şəkli ilə qorxudurdum”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktyor Elməddin Cəfərovla bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.   Sfera.az yazır ki, musiqiçi qız...

Nazilə Səfərlinin oğlunun toyuna 1000 manat yazdıran MƏŞHURLAR KİMLƏRDİR? - VİDEO

Şair Nazilə Səfərlinin oğlu Nurlana etdiyi toyun əks-sədası bitmək bilmir. "7 canlı” verilişində aparıcı Vüsalə Əlizadə onun övladının toyuna pu...