İnvestorlar Rusiyadan qaçır – Mərkəzi Bank sərmayə çıxışının məbləğini açıqlayıb

İnvestorlar Rusiyadan qaçır – Mərkəzi Bank sərmayə çıxışının məbləğini açıqlayıb
Rusiya Mərkəzi Bankı bu il gözlənilən kapital axını ilə bağlı proqnozunu iki dəfə artırıb.

Sfera.az xəbər verir ki, əvvəlki proqnozda sərmayə çıxışı 75 milyard dollar proqnozlaşdırılırdısa, yeni proqnozda məbləğ 151 milyard dollara qədər artırılıb.
 
Rusiya Mərkəzi Bankının dərc etdiyi "Orta müddətli proqnozlar” adlı hesabatda 2022-ci ildə illik inflyasiyanın 18-23 faiz arasında olacağı təxmin edilir. Gələn il inflyasiyanın 5-7 faizə enəcəyini proqnozlaşdıran hesabatda bu il ölkə iqtisadiyyatında daralmanın 8-10 faiz səviyyəsində olacağı qeyd edilib.

Rusiya Mərkəzi Bankının aprelin 11-də verdiyi açıqlamada 2021-ci ilin birinci rübündə ölkədən kapital axınının 17,5 milyard dollar olduğu, bu ilin birinci rübündə isə bu rəqəmin 64,2 milyard dollara yüksəldiyi bildirilib.

Sanksiyalara görə onlarla xarici şirkət və investor Rusiyadan çıxmaq və ya fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib. Rusiyada kapital axını əvvəlki illə müqayisədə 42 faiz artaraq 2021-ci ildə 72 milyard dollara çatıb.

Vasif
Sfera.az




 

OXŞAR XƏBƏRLƏR

"Boş yerə yorulmasınlar, cavabımız bəllidir" - Ərdoğandan sərt AÇIQLAMA

"Müttəfiqlərimizin həssaslığımızı anlamalarını, hörmət etmələrini və dəstəkləmələrini gözləyirik. Sərhədlərimizi terrora qarşı qorumaq kimi öhdəliyimiz var”. &...

Türkiyənin “veto qərarı” Qərbi ŞOKA SALDI: Finlandiya ilə İsveç hansı addımı atacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçlə bağlı son açıqlaması dünya mediasında gündəm olub.   Sfera.az bildirir ki, Amerikanın "Wa...

NATO-dan Ərdoğanın çıxışına reaksiya: "Türkiyənin narahatlığı aradan qaldırılmalıdır"

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçlə bağlı açıqlamasına reaksiya verib.   Sfera.az bildir...

Finlandiya NATO-ya rəsmi müraciət edir – “Avropanın xəritəsi dəyişəcək…”

Finlandiya rəsmi şəkildə NATO-ya müraciət edəcək.     Sfera.az xəbər verir ki, üzvlük qərarı bu ölkənin onilliklər boyu davam edən hərbi neytrallı...

Makronun Aİ-yə alternativ olaraq təklif etdiyi siyasi icmanın vədləri: ASB-yə üzv olmağa dəyərmi?

Makronun Aİ-yə daxil olmayan ölkələr üçün təklif etdiyi Avropa Siyasi Birliyi (ASB) geniş müzakirə mövzusuna çevrilib.   Sfera.az bildirir ki, Avropa coğ...

Baydenin Türkiyə ilə bağlı planı dəyişdi - Gözlənilməz tələb

Bayden adminstrasiyası Konqresdən Türkiyəyə yeni silahların satışını nəzərdə tutan sənədə icazə verilməsini tələb edib.   Sfera.az xarici mətbuata istina...