İntihara səbəb olan məşhur onlayn oyun qadağan edildi

İntihara səbəb olan məşhur onlayn oyun qadağan edildi
Misirin ali islam orqanı "Dar al-İfta” sosial şəbəkələr vasitəsilə yayılan "Göy balina” onlayn-oyununa qadağa qoyulması barədə fətva verib.

Sfera.az Misir mətbuatına istinadla xəbər verir ki, ekspertlərin fikrincə, bu oyun yeniyetmələri intihara sövq edir. Misirin bəzi KİV-lərində dərc edilmiş məlumatlarda bir neçə yeniyetmənin intihar etməsinin məhz bu oyunla bağlı ehtimal olmasını göstərirdi.

O cümlədən Misir Parlamentinin keçmiş üzvü Hamdi al Faharaninin 18 yaşlı oğlu da bu oyunun qurbanlarından olub. Onlayn-oyunun digər qurbanı olan 15 yaşlı qız isə siçovul zəhəri içərək intihara cəhd edib. Xoşbəxtlikdən, tibb işçiləri onun həyatını xilas ediblər.

Oxşar hadisələr barədə daha əvvəl İordaniyada və Tunisdə də xəbər yayılıb.

Onlayn-oyunlar üzrə Misir Birliyinin sədri Şərif Əbdül Bakı bu oyunların bağlanması barədə tələbləri şərh edərək bildirib ki, hər hansı saytı və bu tip oyunları bağlamaq çox yüksək texniki imkanlar lazımdır. Onun sözlərinə görə, oyunların bağlanması vəziyyətdən çıxış yolu deyil. Əksinə yerli əyləncəli oyunlar yaradılmalı və maarifləndirmə kampaniyaları aparılmalıdır.

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...