"İnsanların həyatına son qoyan bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi rəzalətdir..."

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a açıqlamasını təqdim edirik:

- Qüdrət bəy, sonuncu açıqlamanızda qeyd etmişdiniz ki, COVİD 19 epidemiyası, daha doğrusu pandemiyası ilə əlaqədar mövcud qanunvericiliyə görə ölkədə fövqəladə vəziyyət elan olunmalıdır. Amma onu da vurğulamışdınız ki, fövqəladə vəziyyət elan olunmasa da artıq tətbiq olunur. Sizcə niyə rəsmi olaraq fövqəladə vəziyyət elan olunmur?

- Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah COVİD-19 epidemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunması barədə qərar qəbul edərkən içəridən kimsə deməyib ki, istinad etdiyiniz 1992-ci ildə qəbul olunmuş "Sanitariya - epidomoloji salamatlılıq haqqında Qanun"un 25-ci maddəsi 1995-ci ildə qəbul olunmuş yeni Konstitusiyanın 112-ci maddəsi ilə ziddiyət təşkil etdiyi üşün Konstitusiyanın keçid müddəalarının 8-ci bəndinə əsasən qüvvədən düşüb. Bu həm də "Normativ hüquqi aktlar" Haqında Konstitusiya qanununun "Normativ hüquqi aktlar"ın kolliziyasının həlli qaydaları adlanan 10-cu maddəsinin tələbidir. Konstitusiyanın 147-ci maddəsinə əsasən Konstitusiya birbaşa hüquqi qüvvəyə malik olduğundan Konstitusiyanın 112-ci maddəsinə əsasən epidemiyaya qarşı mübarizəni təşkil etmək üçün "fövqəladə vəziyyət" elan olunmalı və təcili qaydada qanunlarda yalnız adı çəkilən karantin rejiminin nə olması  barədə Qanun  qəbul olunmalı idi. Ancaq islahatlar düşüncələrə tam hakim kəsilmədiyindən, hələlik kənar təkliflərə münasibət çox zaman pozitiv olmur. Ya da ola bilsin hökumətin qulağında hüquqi termin kimi mahiyyəti qanunvericiliyimizdə öz əksini tapmamış "karantin rejimi" söz birləşməsi "fövqəladə vəziyyət rejimi" söz birləşməsindən daha yaxşı səslənir. Əlbəttə, bu bir zarafatdır.

- Qüdrət bəy, Operativ Qərargahın qəbul etdiyi qərarlara xalqımızın  tabe olma, yaxud hörmət etmə  səviyyəsi Sizi qane edirmi?

- Müəyyən istisnalarla insanlar onların azadlıqlarının məhdudlaşdırılmasını anlayışla qarşılayırlar. Çünki qəbul edirlər ki, bu onların yaşamaları üçün vacibdir. Deputat həmkarımız Zahid Oruc zarafatla deyir ki, "evdə qal!" şüarı "Çalış ölmə!" şüarı ilə əvəz olunsaydı, daha cəlbedici və təsirli olardı.

Qəbul olunmuş qərarlara ciddi əməl olunmasının zəruriliyi barədə həm Prezidentin, həm Mehriban xanımın xalqa səmimi və çox təsirli müraciətləri oldu. İnsanlar artıq vəziyyətin ciddiliyini qəbul edirlər. Qeyd etdiyim istisnalar isə onunla bağlıdır ki, bəzi insanlar  bu virusun çox da təhlükəli olmaması və siyasi məqsədlərlə ortaya atılması barədə internet üzərindən aparılan təxribat xarekterli təbliğatın təsiri altına düşürlər. Bəziləri isə təxribatçı çıxışları ilə insanların şüuraltına təsir etməklə onları arxayın salmağa və təhlükəni ciddi qəbul etməməyə sövq edirlər. Bir fakt göstərim. Bir-iki gün bundan əvvəl patiyamızın  funksionerlərindən biri Əli Kərimlinin "Yuotube" üzərindən yayımlanmış  çıxışının kiçik bir parçasını mənə göndərdi. Çıxışın həmin hissəsinə qulaq asandan sonra fikirləşdim ki, xalqının mənafeləri üçün mübarizə apardığını bəyan edən, özünü ciddi adam sayan  birisi necə belə danışa bilər?!. Bu adam hökumətin epidemiyaya qarşı apardığı mübarizəyə kölgə salmaq məqsədilə öz cılız  siyasi maraqları naminə bəyan edir ki, bəzi mütəxəssislərin təsdiqini tapmamış mülahizələrinə görə, ola bilsin, bizdə epidemiya ona görə geniş yayılmır ki, bizim insanlar vərəm əleyhinə peyvənd olunublar. Fikirlərinin təsdiqi kimi keçmiş sovet respublikalarında da epidemiyanın geniş yayılmamasını misal çəkir. Sonra da özünə müdafiə qurmaq üçün deyir ki, mən də sərt tədbirlərin tərəfdarıyam. Bu cür təxribatçılar ifşa olunmalıdır. Əgər sən sərt qərarların tərəfdarısansa elmi cəhətdən təsdiqini tapmamış  fikirləri niyə yayıb insanları epidemiyaya ciddi yanaşmamağa sövq edirsən? Çünki bu adam fikirləşir ki, epidemiya iqtisadiyyata ciddi ziyan vurmaqla sosial gərginliyi artıracaq və ona siyasi ambisiyalarını gerçəkləşdirməyə imkan yaradacaqdır. İnsanların həyatına son qoyan, onların rahatlığını əlindən almış bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi sadəcə rəzalətdir. Ona görə xalqımız nəzərə almalıdır ki, hökumətin məhdudiyyətlərin tətbiqi ilə əlaqədar qəbul etdiyi qərarlar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə əsaslanır və həyati əhəmiyyətlidir.

OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...