"İnsanın əsas ehtiyaclarından biri də sevgi və seksdir" - Nura Suri

"Boşanmış qadının kişi ilə münasibətinə əxlaqsızlıq kimi baxan cəmiyyətimiz var. Deməli kiminsə cibinə girmək, rüşvət almaq, şər-böhtan atmaq, qeybət etmək əxlaqsızlıq deyil, amma həyatında sevgi və ya seks varsa, əxlaqsızlıqdır”.

Sfera.az bildirir ki, bunu müğənni Nura Suri deyib. İfaçı fikirlərinə bu cür davam edib:

"Uşaq vaxtı ailəlikcə müharibə filmlərinə baxmaq normal idi, sevgi filmlərinə baxmaq anormal. Bütün problemlər elə o vaxtdan başlayıb. Adam öldürmək ayıb deyil, adam sevmək ayıbdır. İnsanın suya, havaya, yeməyə ehtiyacı olduğu kimi, əsas ehtiyaclarından biri də sevgi və seksdir. İnsan belə yaradılıb. Yəni sizin dünyaya gəlişiniz seksin ya da sevginin nəticəsidir”.

N.Suri vurğulayıb ki, həmin insanların həyat tərzi ilə düşüncələri, düşüncələri ilə danışdıqları çox fərqlidir və özlərini şəxsiyyət kimi formalaşdıra bilmirlər:

"Öz hisslərinizi dilə gətirməyə qorxursuz, fikirlərinizlə sözləriniz uyuşmur. Öz acizliyinizi sizdən güclü insanları şərləməklə, söyməklə ört-bastır etməyə çalışırsız. Kiminsə səviyyəsinə çatmağa yox, öz bataqlığınıza salmağa çalışırsız.  Hər kəsin yanında fərqli obrazlara girirsiz. Özünüzü olmadığınız kimi göstərməyə can atırsız. Hətta bəyənmədiyiniz geyimi belə dəb olduğuna görə alıb geyinə bilirsiniz. Bütün günü onun-bunun yatağını, şəxsi həyatını utanmadan müzakirə edirsiz -  adını da namus, qeyrət qoyaraq”.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

Renka qalmaqallı görüntülərindən danışdı: "Hamımız ana südü ilə böyüyürük... " - VİDEO

Rəqqasə Renka (Rəna Ağamuradova) qalmaqallı videosu ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, bu haqda "MTV maqazin"ə danışan rəqqasə müzakirələrə ...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Klarnet ifaçısından biabırçı açıqlama: “Qızımı Elməddinin şəkli ilə qorxudurdum”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktyor Elməddin Cəfərovla bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.   Sfera.az yazır ki, musiqiçi qız...

Nazilə Səfərlinin oğlunun toyuna 1000 manat yazdıran MƏŞHURLAR KİMLƏRDİR? - VİDEO

Şair Nazilə Səfərlinin oğlu Nurlana etdiyi toyun əks-sədası bitmək bilmir. "7 canlı” verilişində aparıcı Vüsalə Əlizadə onun övladının toyuna pu...