Çinin kosmik gəmisi Türkiyəyə düşəcək? - Mütəxəssislər hara çırpılacağını hesabladı - FOTO

Çinin kosmik gəmisi Türkiyəyə düşəcək? - Mütəxəssislər hara çırpılacağını hesabladı - FOTO
Xəbər verdiyimiz kimi Çinin birinci kosmik stansiyası "Tyanqun-1"in 30 mart ilə 2 aprel arasındakı tarixlərdə Dünyaya düşməsi gözlənilir. 
 
Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, mütəxəssislərin fikrincə, kosmik stansiya 43 dərəcə şimal və cənub enliyindəki əraziyə çırpılacaq. Qonşu ölkə Türkiyə də həmin enlikdə yerləşir. 

8.5 tonluq kosmik gəminin böyük hissəsinin atmosferə daxil olduqdan sonra yanacağı bildirilir. Ancaq az da olsa, təhlükəli vəziyyətin yaranması ehtimalı var. Buna baxmayaraq, mütəxəssislər bu kosmik gəmi səbəbilə Yer planeti sakinlərinin xəsarət alması ehtimalının çox az olduğunu açıqlayıblar. 
"Tyanqun-1" stansiyası 29 sentyabr 2011-ci ildə buraxılıb. 2016-cı ilin martında stansiya öz fəaliyyətini dayandırıb. Çinli səlahiyyətlilərin stansiya ilə əlaqənin qırıldığını və idarəetməni itirdiklərini açıqlaması dünyada təşvişə səbəb olmuş və alimlər onun hara düşəcəyini təxmin etməkdə çətinlik çəkmişdilər. 

Lalə Nəsirova
 



OXŞAR XƏBƏRLƏR

İlin ilk Ay tutulması başa çatdı - VİDEO

İlin ilk Ay tutulması hadisəsi başa çatıb. Sfera.az xəbər verir ki, bu, tam Ay tutulması olub. Təbii hadisə saat 07:29-da başlayıb, saat 8:53-də son...

İlon Mask "Twitter"i aldı

Amerikalı milyarder, "SpaceX” və "Tesla” şirkətlərinin qurucusu İlon Mask tviter sosial şəbəkəsini alıb.   Sfera.az xarici mətbuata istinadən xəb...

“Facebook” prezident seçkilərinə görə bu hesabları silir – 9 Mayadək davam edəcək…

"Meta” şirkəti Filippində səsvermə ərəfəsində dezinformasiyaya qarşı mübarizə aparmaq üçün "Facebook” hesablarını silir.   Sfera.az xəbər verir ki,...

“Bu ölkələrdə qan tökülməsi normaldır”- İngiltərə şahzadəsi

Londonda Ukrayna Mədəniyyət Mərkəzinə səfəri zamanı danışan şahzadə Uilyam Afrika və Asiyada qan tökülməsini normal hal kimi qiymətləndirib. Sfera.az xəbə...

Türkiyədən növbəti hərbi-texnoloji nailiyyət - VİDEO

Türkiyə havadan-havaya raket texnologiyasını inkişaf etdirib. Sfera.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz tvitter hesabında bu bar...

"iPhone" 18 yaşlı oğlanın həyatını xilas etdi - FOTO

"iPhone" sayəsində yeniyetmənin həyatı xilas edilib. Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da yaşayan 18 yaşlı Gael Salcedo adlı şəxs&nbs...