İmran Xanı hakimiyyətdən kimlər və niyə devirdi?

İmran Xanı hakimiyyətdən kimlər və niyə devirdi?
"Pakistanda illər uzunu baş nazirlər və hökumətlər korrupsiya ittihamları ilə üzləşiblər. Baş nazirlər vəzifədən sonrakı illərdə korrupsiya ittihamları ilə ya həbs olunublar, ya da Pakistanı tərk edərək əsasən Londonda siyasi sığınacaq tapıblar. Bu dəfə isə durum fərqli idi. Pakistanın Baş naziri İmran Xan xarici və təhlükəsizlik siyasətinə görə hədəf götürülüb".
 
Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Pakistan Baş naziri İmran Xana etimadsızlıq göstərilməsi və müxalifətin yeni baş nazir seçməsinə münasibət bildirərkən deyib.
 
O bildirib ki, İmran Xanın Çinlə yanaşı Rusiya ilə yaxınlaşması müxalifətin və pakistanlı generalların xoşuna gəlmədiyi üzə çıxıb:
 
"Pakistan İmran Xandan əvvəl də Çinlə sıx əlaqələr qurub. Bu siyasi ittifaq Hindistanın əleyhinədir. Çinin Pakistana böyük yatırımları da mövcuddur.
Pakistanın xarici siyasətində Rusiya amili yenidir. Görünür, bunda da Çin amili rol oynayıb. Rusiya ilə strateji tərəfdaş olan Pekin İslamabada da eyni "siyasəti” təklif edib. Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibədən bir neçə gün əvvəl İmran Xanı Moskvada qəbul edib. Bu, Pakistan müxalifətiylə yanaşı, ABŞ-ın da xoşuna gəlməyib. İmran Xan əmindir ki, onun parlamentdə devrilməsində Vaşinqtonun rolu olub. İmran Xan müxalifət nümayəndələrini ABŞ səfirliyində müzakirələrdə iştirakda ittiham edib. Vaşinqtonun son illərdə Hindistanla qurduğu sıx siyasi və hərbi əlaqələr Pakistanın hərbi dairələrində narahatlıq doğurub. Pakistan generalları hesab edə bilərdilər ki, İmran Xanın Çin və Rusiya ilə yaxınlığı ABŞ-Hindistan ittifaqını daha da gücləndirir və ona görə onların da baş nazirlə yolları ayrılıb”.  

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

“Fərid Hacıyevin bu vəzifəyə təyinatı idarəçiliyə yeni ruh gətirəcək” – AÇIQLAMA

"Fərid Hacıyevin Milli Məclisin Aparat rəhbəri təyin olunması xəbərini məmnunluq hissi ilə qarşıladım. Bu cür önəmli və məsuliyyətli posta gənc bir kadrın təyin...

Baydenin son qərarı Rusiyanı diz çökdürəcək? - "Yayda qanlı döyüşlər gözlənilir..."

ABŞ prezidenti Co Bayden dünən "Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı"nı imzalayıb. Beləliklə, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizə...

Putin “Qırmızı meydan”da nə deyəcək? - AÇIQLAMA

"Ukraynanın işğalı planı Rusiyanın istədiyi kimi getmir, hətta A planını – Kiyevi tutmağı - bacarmayan ruslar B planına - Donbası tamamilə zəbt etməyə də tam na...

Qriqoryanın son bəyanatı nəyə hesablanıb? – AÇIQLAMA

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakıdan  Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat istədiyini açıqlayıb.  Qarabağ mü...