İlham Əliyevin köməkçisindən manat müjdəsi

İlham Əliyevin köməkçisindən manat müjdəsi
 
"Mart ayından etibarən Mərkəzi Bank, eyni zamanda, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyəti
 qurumlar ölkədə manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul edəcək. Çox yaxın müddətdə ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq". 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq 
Əmirov AzTV-yə müsahibəsində deyib. 

O, deyib ki, prezidentin aydın və dərin düşünülmüş iqtisadi islahat konsepsiyası var. Bu konsepsiya dörd 
əsas istiqaməti əhatə edir.

Birinci istiqamət maliyyə bazarlarında sabitlik, manatın likvidliyinin bərpa olunması, eyni zamanda, bu sahədə
 maliyyə intizamının möhkəmləndirilməsidir. "Azərbaycan 38 milyard dollara yaxın valyuta ehtiyatlarına malikdir
Bu, ümumi daxili məhsulun həcmindən daha böyük rəqəmdir. Belə bir strateji ehtiyatlara malik olan dövlət təbii ki, 
heç bir maliyyə çətinliyi çəkə bilməz. Amma maliyyə resurslarından düzgün, səmərəli istifadə və maliyyə resurslarını
 sonradan əlavə dəyərə çevrilməklə ümumi daxili məhsulun həcminin artırılmasında iştirak prinsiplərinin tənzimlənməsi prezidentin müəyyən etdiyi ən prioritet istiqamətdir. Maliyyə Bazarlarına Nəzarət Palatası da bu məqsədlə yaradılıb.
 Palatanın bütün təşkilati məsələləri fevral ayında həll olunacaq, normativ hüquqi aktlar hazırlanıb qəbul ediləcək".
 N.Əmirov deyib ki, bu, digər üç istiqamət üzrə islahatların həyata keçirilməsini dəstəkləyən və eyni zamanda, təmin
 edən amil kimi çıxış edəcək.

İkinci əsas istiqamət ixracın stimullaşdırılmasıdır. İxracın təşviqi ilə əlaqədar İqtisadiyyat Nazirliyinin nəzdində 
AZPROMO fəaliyyət göstərir. "Azərbaycan iqtisadiyyatı bu çağırışlara cavab verməlidir. Bunun üçün prezident 
ixracı təşviq edəcək, stimullaşdıracaq bir qurumun yaradılması və onun konsepsiyasının hazırlanması barədə 
tapşırıq verib. Əslində bunun əsas konturları hazırdır. Beynəlxalq ekspertlər cəlb edilməklə bunun yekunlaşdırılması
 işləri görülür. Bu qurum həmin konsepsiyanın tələblərinə uyğun olaraq, ilk növbədə, qonşu ölkələrin iqtisadiyyatının
 tərkibini, strukturunu araşdıracaq, həmçinin Azərbaycanın qonşu ölkələrin bazarlarına hansı məhsulları ixrac edə
 biləcəyini müəyyənləşdirəcək. Məhz bundan sonra biz daxildə həmin istehsalı təşviq edəcək siyasəti həyata keçirəcəyik.
 Bütün bunlardan məqsəd ölkəmizi inkişaf etdirmək, "Made in Azerbaijan” brendinin tanıdılmasına nail olmaqdır.
 Bunun üçün investorların cəlb edilməsi nəzərdə tutulur. İnvestorların cəlb edilməsi üçün prezident yeni özəlləşdirmə proqramının hazırlanması barədə aidiyyəti qurumlara tapşırıq verib. Hazırda beynəlxalq ekspertləri cəlb etməklə həmin özəlləşmə proqramının hazırlanması üzərində iş gedir".

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

Sahibkarsınız? Biznesinizi daha rahat və sürətli böyüdə bilərsiniz!

Kredit növləri arasında ən çox seçilən nağd pul kreditlərindən biri də sahibkarların biznes yolunda müraciət etdiyi Mikrokreditdir. Bu yazımızda Mikrokreditlə...

Biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ: Hansı sahədə uğur qazanmaq olar? - FOTO

Bu gün hər hansı obyekt açmaq istəyən iş adamını narahat edən əsas məsələ həmin obyektin yerləşməsidir. Artıq bir faktdır ki, məkanın yerləşdiyi ərazi biz...

Bu məhsullar niyə sürətlə bahalaşır?

Məhsulların bir çoxu, o cümlədən yuyucu tozlar xaricdən tədarük olunur. İstehsalçı ölkələrin məhsulların qiymətini bahalaşdırması Azərbaycanda olan qiymətlərin ...