İlham Əliyev: Neftin qiyməti uzun müddət aşağı səviyyədə qalmayacaq

İlham Əliyev: Neftin qiyməti uzun müddət aşağı səviyyədə qalmayacaq
Cənub Qaz Dəhlizi XXI əsrin nəhəng layihəsidir. Biz ölkə və şirkətlərdən komanda formalaşdırmışıq, Məşvərət Şurası bu layihənin həyata keçirilməsi üçün vacibdir.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyevdeyib.
Dövlət başçısı deyib ki, bu layihə Bakıdan İtaliyaya qədər uzanacaq:
"Fevralın 29-da 11 ölkə, o cümlədən Avropa İttifaqının imza atdığı sənəddə Azərbaycan bu strateji layihəni həyata keçirən əsas ölkə kimi qeyd edildi. Xorvatiya və Monteneqronun da bu layihəyə, komandaya qoşulacağına inanıram.
Bu, enerjinin şaxələndirilməsi, azad rəqabət layihəsidir. Əsas məqsədimiz bunu kommersiya layihəsi kimi həyata keçirməkdir. Enerji siyasi vasitə kimi istifadə edilməli deyil. Siyasi alətlər biznes sahəsinə müdaxilə etməməlidir.
Neftin qiyməti uzun müddət aşağı səviyyədə qalmayacaq. Avropada təbii qaza ehtiyac artacaq. Biz lazım olmayan rəqabətdən qurtulmalıyıq. Enerji və siyasətə ayrılıqda baxmalıyıq ki, uğur qazanaq”.
Dövlət başçısı qeyd edib ki, 2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən iqtisadiyyat olub, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 40-cı yerdədir.
O bildirib ki, Azərbaycanda neftdən sonrakı dövr başlayıb:
"Bu, hasilatın azaldılması ilə deyil, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlıdır. Heç kim buna hazır deyildi. Biz fəal şəkildə işləməliydik ki, bunun mənfi təsirlərini azaldaq. İndi maliyyə durumumuz sabitdir.
Büdcəmiz neftin bir barelinin 25 dollar olması əsasında hesablanıb. Bizim Dövlət Neft Fondunda kifayət qədər ehtiyatlarımız var. Biz düzgün istiqamətdəyik, hazırda iqtisadiyyatda şaxələndirmə ilə məşğuluq”.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

Sahibkarsınız? Biznesinizi daha rahat və sürətli böyüdə bilərsiniz!

Kredit növləri arasında ən çox seçilən nağd pul kreditlərindən biri də sahibkarların biznes yolunda müraciət etdiyi Mikrokreditdir. Bu yazımızda Mikrokreditlə...

Biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ: Hansı sahədə uğur qazanmaq olar? - FOTO

Bu gün hər hansı obyekt açmaq istəyən iş adamını narahat edən əsas məsələ həmin obyektin yerləşməsidir. Artıq bir faktdır ki, məkanın yerləşdiyi ərazi biz...

Bu məhsullar niyə sürətlə bahalaşır?

Məhsulların bir çoxu, o cümlədən yuyucu tozlar xaricdən tədarük olunur. İstehsalçı ölkələrin məhsulların qiymətini bahalaşdırması Azərbaycanda olan qiymətlərin ...