“İkinci baharımı yaşayıram” - Tünzalə

“İkinci baharımı yaşayıram” - Tünzalə
Xalq artisti Tünzalə Ağayeva ikinci baharını yaşadığını etiraf edib.

Sfera.az xəbər verir ki, bu barədə o, "Günün sədası” verilişinə müsahibəsində danışıb.

O, sevgiyə ehtiyacı olduğunu deyib: "Hər bir insanın nəyə ehtiyacı varsa, mənim də ona ehtiyacım var. Sevgiyə də ehtiyacım var. Qadın bir çiçəkdir, ağacdır. Onun hər zaman bəslənməyə ehtiyacı var. Bəhram Bağırzadə (Əməkdar artisti-red.) mənə deyir ki, sənə nə olub, aşiq olmusan? Deyirəm, hə...”.

Müğənni sevdiyi insanın kimliyini açıqlamayıb: "Mənim bunu söyləməməyə böyük haqqım var. Mənə görə desəm, heç nə dəyişməyəcək. Adını çəkməyəcəm. Hamının həyatında normal dəyərlərdir. İnsan öz ailə məqamlarını, münasibətini açıb göstərməyi və ya göstərməməyi özü seçir. Mənə belə rahatdı, istəməmişəm ailə mövzuları üzərində piarım getsin. "O, filankəsdir, adı, yaşı budur" deməmişəm. 20 ildir demədim, deməyəcəyəm də... Şəxsi həyatımda xoşbəxtəm. İkinci baharımı yaşayıram".

Qeyd edək ki, T.Ağayeva bir dəfə ailəli olub, bir qız övladı var. 

OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

Renka qalmaqallı görüntülərindən danışdı: "Hamımız ana südü ilə böyüyürük... " - VİDEO

Rəqqasə Renka (Rəna Ağamuradova) qalmaqallı videosu ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, bu haqda "MTV maqazin"ə danışan rəqqasə müzakirələrə ...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Klarnet ifaçısından biabırçı açıqlama: “Qızımı Elməddinin şəkli ilə qorxudurdum”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktyor Elməddin Cəfərovla bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.   Sfera.az yazır ki, musiqiçi qız...

Nazilə Səfərlinin oğlunun toyuna 1000 manat yazdıran MƏŞHURLAR KİMLƏRDİR? - VİDEO

Şair Nazilə Səfərlinin oğlu Nurlana etdiyi toyun əks-sədası bitmək bilmir. "7 canlı” verilişində aparıcı Vüsalə Əlizadə onun övladının toyuna pu...