İki nazirin telefonlarında casus proqramı aşkarlandı

İki nazirin telefonlarında casus proqramı aşkarlandı
İspaniya Baş naziri Pedro Sançes və müdafiə naziri Marqarita Roblesin mobil telefonlarında "Pegasus" casus proqram təminatı aşkarlanıb.
 
Sfera.az xəbər verir ki, bu barədə Prezidentlik məsələləri üzrə nazir Feliks Bolanos mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, Baş nazir və müdafiə nazirinin telefonları 2021-ci ilin mayında və iyununda casus proqram təminatına "yoluxub".
Hökumət rəsmisi bildirib ki, Sançesin telefonu iki dəfə "yoluxub” və telefondan böyük miqdarda məlumat çıxarılıb.
 
O, Baş nazirə qarşı kimin casusluq edə biləcəyini açıqlamayıb.
 
"Xarici müdaxilələr dedikdə, onların dövlət qurumlarına yad olduğunu və məhkəmə icazəsi olmadığını nəzərdə tuturuq. Buna görə də biz bu hücumları qeyri-qanuni və xarici müdaxilə kimi təsnif edirik”,- deyən nazir Bolanos, hökumətin hazırda digər yüksək səviyyəli üzvlərin haker hücumuna məruz qalıb-qalmadığını araşdırdığını əlavə edib.
 
Qeyd edək ki, "Pegasus" İsrailin NSO Group şirkəti tərəfindən hazırlanıb və dövlət qurumları, qlobal siyasətçilər, jurnalistlər və fəallar üzərində casusluq etmək üçün istifadə olunduğu müəyyənləşib./APA/

OXŞAR XƏBƏRLƏR

Putinin müharibə taktikaları ilə bağlı yeni İDDİA

Rusiya prezidenti Vladimir Putin haqqında yeni iddia irəli sürülüb.   Sfera.az bildirir ki, Rusiya ilə Ukrayna arasındakı müharibəni izləyən ekspertlər P...

Fransada 30 il sonra qadın baş nazir təyin edildi - Elizabet Born kimdir?

Apreldə keçirilən seçkilərdən sonra kimin baş nazir təyin ediləcəyi ilə bağlı spekulyasiyalara səbəb olan Fransa prezidenti Emmanuel Makron seçildikdən 22 gün s...

"Sərhədlərə taktiki nüvə silahı yerləşdirəcəyik" - Rusiyadan NATO üzvü olmaq istəyən ölkələrə yeni TƏHDİD

Finlandiyanın NATO ilə bağlı son açıqlaması Moskvada səs-küyə səbəb olub.   Sfera.az-ın məlumatına görə, Rusiya dövlət televiziyası bildirib ki, Moskva ö...

ABŞ kəşfiyyatı: "Putin uzunmüddətli müharibəyə hazırlaşır" - Hədəfdə bu ölkələr var

Putinin uzunmüddətli müharibəyə hazırlaşdığı iddia edilib.   Sfera.az bildirir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının (DNI) direktoru Avril Haines Senatda...

Rusiyada hərbi hissədə partlayış - Ölən və yaralananlar var

Rusiyanın Xabarovsk diyarında hərbi hissədə partlayış baş verib. Sfera.az "TASS”a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha bi...

“Pulitzer” mükafatının bu ilki qalibləri - SİYAHI

Dünyanın ən nüfuzlu mükafatlarından biri olan "Pulitzer” öz sahiblərini tapıb.   Sfera.az bildirir ki, Pulitzer Komitəsi bu il 15 nominasiya üzrə qaliblə...