II Avropa Oyunlarının promo-videoçarxı təqdim olundu - VİDEO

II Avropa Oyunlarının promo-videoçarxı təqdim olundu - VİDEO
2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının promo-videoçarxı təqdim olunub.

Minsk və Vitebsk şəhərlərində aparılmış çəkilişlərdə olimpiya çempionu Vladislav Qonçarov, çimərlik futbolu, basketbol və gimnastika üzrə Belarus yığmaları, Avropa və dünya çempionu Yekaterina Qalkina, Avropa çempionu Yevgeni Korolyok, Avropa və dünya çempionatlarının bürünc mükafatçıları Alina Talay, Pavel Seliverstov, eləcə də kamandan oxatan Pavel Dalidoviç iştirak ediblər.

Qeyd edək ki, II Avropa Oyunları gələn il 21 – 30 iyunda Belarusun paytaxtı Minskdəki 12 idman obyektində keçiriləcək. Oyunlarda 50 ölkənin 4000-dən çox idmançısı 15 idman növü üzrə 201 dəst medal uğrunda yarışacaq. 10 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. I Avropa Oyunları 2015-ci il 12 - 26 iyunda Bakıda təşkil olunub. 
 




OXŞAR XƏBƏRLƏR

FIFA DÇ-2022-nin himnini təqdim etdi - VİDEO

FIFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının rəsmi himnini təqdim edib. Sfera.az xəbər verir ki, mundiala həsr olunmuş mahnı və klip ali futb...

Samir Abasov azarkeşə əsəbiləşdi: "Dilini sox qarnına" - VİDEO

"Neftçi" Azərbaycan kubokunun 1/4 final mərhələsində "Sabah"la qarşılaşır. Sfera.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində "Neftçi"nin baş məşqçisi ...

İlin ilk qolu vuruldu - VİDEO

2022-ci ildə futbol üzrə Avropa milli çempionatlarında ilk qol vurulub. Sfera.az xəbər verir ki, qol İngiltərə Premyer Liqasında qeydə alınıb. "Arsenal"ın...

"Qarabağ"ın təmiz qolunu saymayan hakim kimdir? - Məqsədli səhv, yoxsa təcrübəsizlik? - VİDEO

"Qarabağ" klubu UEFA bayrağı altında çıxış etdiyi növbəti qarşılaşmada hakim ədalətsizliyi ilə qarşılaşıb. Sfera.az xəbər verir ki, təmsilçimiz bu dəfə İs...

Azərbaycan əsilli “Ataman” UFC-də möhtəşəm nokautla qalib gəldi - VİDEO

Azərbaycan əsilli MMA idmançısı "Ataman” ləqəbli Rafael Fiziyev UFC-də növbəti döyüşünü keçirib. Sfera.az  "oxu.az"-a istinadən xəbər verir ki, Fiziy...

Azərbaycan güləşçisi Fransada ermənini DİZ ÇÖKDÜRDÜ - VİDEO

Fransada klublararası güləş çempionatı start götürüb. Sfera.az xəbər verir ki, ilk turda Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi "Ş...