İcra başçısının diplomat oğlunun qalmaqalı

İcra başçısının diplomat oğlunun qalmaqalı
Faktla bağlı məlumat Latviyanın aparıcı nəşrlərinin səhifələrinə düşüb 

Latviyada Azərbaycanın bu ölkədəki konsulu Nicat Sadıqovun ağlagəlməz hərəkəti ətrafında yaranmış qalmaqal qızışır.

Latviya mətbuatında belə bir xəbər yayılmışdı ki, Azərbaycanın konsulu özünün şəxsi avtomobilinə diplomatik nümayəndəliyə məxsus dövlət nömrə nişanını bağlayaraq diplomat adına yaraşmayan hərəkətlərə yol verib.

Öz növbəsində Azərbaycan mətbuatı da N.Sadıqovun Azərbaycana çağırıldığı və onunla həm Xarici İşlər, həm də Milli Təhlükəsizlik nazirliklərində “profilaktik söhbət” aparıldığı barədə xəbərlər yaydı.

Xəbərə görə, Bakıda aparılan bu söhbətlərdən sonra N.Sadıqov diplomatik nömrə nişanını özünün 80 min dollarlıq “Porsche Cayenne” markalı maşınından açıb.

Sfera.az xəbər verir ki, Virtualaz.org saytı bu qalmaqalla bağlı Latviyadakı mənbələrindən yeni məlumatlar alıb. Qaynaq azərbaycanlı diplomatın bu cür yolverilməz addımı barədəki xəbərləri təsdiqləyib. Riqadakı mənbələr bildiriblər ki, Azərbaycanın konsulunun diplomat adına yaraşmayan bu hərəkətləri, onun diplomatik etiket qaydalarını kobud şəkildə pozması Latviya Daxili İşlər Nazirliyinin və yerli xüsusi xidmət orqanlarının diqqətini dərhal cəlb edib. Nəticədə faktla bağlı məlumat bu ölkənin yerli aparıcı nəşrlərinin səhifələrinə düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev virtualaz.org saytına açıqlamasında bildirib ki, nazirlik bu məsələni araşdırmaqla məşğuldur. XİN sözçüsü konsulla bağlı qalmaqalın yarandığını bununla dolayısı ilə təsdiqləyib.

Xatırladaq ki, Nicat Sadıqov orta çəkili oliqarxlardan biri hesab edilən və uzun müddət Ağdam Rayon İcra Hakimiyyəti başçısı işləyən Nizami Sadıqovun oğludur. Konsulla bağlı xəbərlər yayılandan sonra ölkə mətbuatında Nizami Sadıqovun Bakıdakı “İzmir” restoranını 8 milyon manata satmaq istəməsi ilə bağlı xəbərlər yayılmışdı. Restoranın satılıb-satılmadığı haqqında əlavə məlumat yoxdur.


OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...