Həyat yoldaşı Mahsun Kırmızıgüldən boşanır: Bu görüntülərə görə... - FOTOLAR

Həyat yoldaşı Mahsun Kırmızıgüldən boşanır: Bu görüntülərə görə... - FOTOLAR
Gənc qadınla səmimi görüntüləri ortaya çıxan Mahsun Kırmızıgülün həyat yoldaşı Ece Binay boşanma qərarı alıb.
 
Sfera.az bildirir ki, Binay əvvəlcə həyat yoldaşının soyadını sosial media hesabından silib, daha sonra boşanmaq üçün məhkəməyə müraciət edib. Qızının təhsili üçün Amerikada olan Binay boşanma ərizəsi yazmaq məqsədilə ölkəyə geri dönüb. Ecenin yaxın ətrafına "Evlilikdə diqqətli olunmalı, bu kimi hadisələrə yol verilməməlidir. Hətta bu xəbərlərin yayılması da artıq boşanma səbəbidir. Ona görə də boşanıram”, - deyə söylədiyi bəlli olub.

Qızları olduğu üçün həssas bir proses içərisində olan və hələ də hadisənin şokundan çıxa bilmədiyi deyilən Binayın boşanma məsələsini qısa müddətdə yekunlaşdırmağa çalışdığı bildirilir.

Qeyd edək ki, ötən həftələrdə Mahsun Kırmızıgülün bir qadının dizinə uzanaraq saçını sığallatdırdığı anların videosu yayılıb. Həmin qadınla güzgü önündə çəkilşmiş pozası da ortaya çıxan sənətçi susmağa üstünlük verib.
 
Müğənni 2016-cı ildə ABŞ-ın Los-Anceles şəhərində bir ildir birlikdə olduğu vəkil sevgilisi Ece Binay ilə ailə həyatı qurub, 2017-ci ildə  Lavin adlı qızı dünyaya gəlib. 

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Kərəm Bürsindən gözlənilməz açıqlama: "18 illik köynək geyinirəm, cəmi 3 şalvarım var"

Məşhur aktyor Kerem Bürsin qatıldığı paneldə iqlim böhranına diqqət çəkərək influserləri məsuliyyətsizliyə görə tənqid edib.   Sfera.az bildirir ki, həmi...

Bahalıqdan şikayət edən Nurgül yay üçün kirayələdiyi evə sərvət ödəyəcək - FOTO

Ötən aylarda Bodrumdakı restoranlarda qiymətlərin çox baha olması ilə bağlı sosial şəbəkədə etiraz dolu paylaşım edən aktrisa Nurgül Yeşilçay bu dəfə bahalı evi...

Hadisə "pomidor kraliçası" seçildi - FOTOLAR

Türkiyəli müğənni Hadisə "pomidor kraliçası” seçilib. Sfera.az bildirir ki,  bu, Antalyanın Kumluca rayonunda keçirilən 23-cü Kənd Təsərrüfatı və İst...

Məşhur futbolçunun keçmiş həyat yoldaşından etiraf: "Bir qızla münasibətim olub" - FOTOLAR

Aktrisa Yolante Kabau intim həyatı ilə bağlı açıqlamalarla gündəmə gəlib.   Sfera.az bildirir ki, Kabau gəncliyində bir qızla münasibətdə olduğunu etiraf...

Aktrisadan keçmiş deputata ağır sözlər: "Biz sizdən tuman geyinib-geyinmədiyinizi soruşuruq?" - FOTO

Türkiyəli aktrisa Burcu Biricik ilə sabiq deputat Ahmet Çakar arasında mübahisə yaranıb.   Sfera.az bildirir ki, keçmiş MHP millət vəkili qatıldığı canlı...