Hərbi forma geyinən bu şəxslər 500 manat cərimə olunacaqlar - VİDEO

Hərbi forma geyinən bu şəxslər 500 manat cərimə olunacaqlar - VİDEO
Bəzi vətəndaşlar hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə edirlər. Bəs, hərbi geyimdən kimlər istifadə edə bilər?

Sfera.az  xəbər verir ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisinin Hüquq İşləri Üzrə köməkçisi Şirin İsmayılov "Xəzər Xəbər"ə deyib ki, "Hərbi xidmətkeçmə haqqında" əsasnaməyə görə, yalnız hərbi xidmətdə 20 il və artıq qüsursuz xidmət etmiş və Silahlı Qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.

Şirin İsmayılov onu da bildirdi ki, vətəndaşlar tərəfindən hərbi geyim formasını daşıma hüququnun pozulması müvafiq qanunvericiliyə ziddir. Belə halların qarşısını almaq üçün hərbi polis tərəfindən müvafiq işlər görülür..

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə, şəxsdən xüsusi geyim forması müsadirə edilməklə o, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 


OXŞAR XƏBƏRLƏR

Hərbi forma geyinən bu şəxslər 500 manat cərimə olunacaqlar - VİDEO

Bəzi vətəndaşlar hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə edirlər. Bəs, hərbi geyimdən kimlər istifadə edə bilər? S...

İpoteka ilə ev almaq istəyənlər üçün YENİ XƏBƏR - VİDEO

İpoteka və Kredit Zəmanət Fondunun 2022-ci il üzrə ipoteka kreditləri üçün limitləri aktivləşdirilib. Sfera.az xəbər verir ki, vətəndaşların güzəştli şərt...

Azərbaycanda taksi sürücüsü maşınını bayrağımızla sildi - VİDEO

Azərbaycanda taksi sürücüsü avtomobilini Azərbaycan bayrağı ilə silib.  Sfera.az xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayılıb. G...

"Tarqovı"da çəkilən fotosu ilə gündəm olan kişi kimdir? - VİDEO

Ötən gün sosial şəbəkədə fotosu yayılan və geniş müzakirə olunan şəxsin kimliyi məlum olub.   Sfera.az xəbər verir ki, 57 yaşlı Vyaçeslav MTV-də yayımlan...

Ordumuzun ələ keçirdiyi postda tapılan sensasion detal – VİDEO

Caliber komandası Ordumuzun düşmən təxribatına cavab olaraq 14-16 noyabr tarixli əməliyyatlar haqda maraqlı süjet yayıb. Sfera.az xəbər verir ki, kanal əm...

Azərbaycanda bu sahələrdə qapanmalar ola bilər - AÇIQLAMA

"Epidemioloji vəziyyət pisləşərsə, hər cür qadağanedici tədbirlər qəbul edilə bilər. Biz müəyyən qərarlar verərkən ayrı-ayrı ölkələrinin təcrübəsini də nəzərə a...