Hərbçilərin “Heydər zirvəsi”nə ekspedisiyası başa çatdı

Hərbçilərin “Heydər zirvəsi”nə ekspedisiyası başa çatdı
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun kursantlarının və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularından ibarət nümayəndə heyətinin iştirakı ilə təşkil olunan "Ulu Öndər” adlı ekspedisiya uğurla başa çatıb.

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə alpinistlər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək gül dəstələri qoyublar.

Ekspedisiya üzvləri təyin olunmuş marşrut üzrə "Heydər zirvəsi”nə yürüş ediblər.

Böyük Qafqaz sıra dağlarının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən "Heydər zirvəsi”nə qalxan alpinistlər Ümummilli Liderin barelyefi önündə onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, burada Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandırıblar.
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...